Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89288
az

Sahibə Qafarova Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

13:4717 May, 2023
351
SİYASƏT
  • A

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Oxu24.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Qazaxıstan nümayəndə heyətinə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyində iştirakına və bu məqsədlə Milli Məclisin xüsusi iclasında çıxışına görə nümayəndə heyətinin başçısı Yerlan Koşanova təşəkkür edib.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Qazaxıstan dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlərin əsası Ulu Öndər Heydər Əliyevin dönəmində qoyulub və bu gün hər iki ölkə liderləri tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. Parlamentlərarası əlaqələrimiz də bu münasibətlərin tərkib hissəsidir. Deputatlarımızın qarşılıqlı səfərləri, mütəmadi görüşləri ümumi işin mənafeyinə xidmət edir.

Söhbətdə Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. O, Heydər Əliyevin daim Qazaxıstanda dərin ehtiramla anıldığını söyləyib. Qeyd edib ki, Qazaxıstan dost ölkə kimi Azərbaycanın uğurlarına daim sevinir.

Qazaxıstanlı spiker Bakıya hər səfərində Azərbaycandakı inkişafın şahidi olduğunu söyləyib. Qeyd edib ki, Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün onun arzuladığı nailiyyətləri qazanır və bu böyük şəxsiyyətin ideyaları həyata keçirilir. Azərbaycan inkişaf edən stabil ölkədir və yerləşdiyi bölgədə özünəməxsus önəmli yer tutur.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR
Tbilisidə polis kütləvi həbslərə başladı

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı