Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88336
az

Dövlət başçısı: "Neftin həcmi artarsa bu, bizi yalnız sevindirər"

19:0403 May, 2023
221
SİYASƏT
  • A

"Bu gün biz Rusiyadan, Türkmənistandan, Qazaxıstandan olan neftin nəqli üçün tranzit ölkəsiyik. Neftin həcmi artarsa bu, bizi yalnız sevindirər. Gələcəkdə daha çox tranzit haqlarını kim istəməz ki?".

Oxu24.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

Prezident qeyd edib ki, Azərbaycan həmişə Xəzərin o tayındakı qonşularımızın öz resurslarının ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə etməsi ilə bağlı planlarını dəstəkləyib.

Uzun illər ərzində Türkmənistan neftinin Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunduğunu diqqətə çatdıran dövlət başçısı bildirib: “Ola bilsin siz bunu bilmirsiniz, hətta Rusiya nefti, Rusiyanın Xəzər dənizində hasil etdiyi neftin bir qismi Azərbaycandan Ceyhana nəql olunur. Xatırladığım kimi, ildə təqribən 2 milyon tondan daha çox həcmdən söhbət gedir. Təqribən ildə 2,5 milyon tona yaxın rus nefti Ceyhana gedir. Beləliklə, bütün bunlar kommersiya məsələləridir. Hesab edirəm ki, biz müəyyən geosiyasi dəyişiklikləri, siyasi üstünlükləri axtarmamalıyıq. Bilirsiniz, əgər Rusiya daha sərfəli olduğu üçün neftini Bakı-Tbilisi-Ceyhanla nəql etməyə qərar verərsə, əlbəttə ki, onlar bunu edəcəklər”.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zakir Həsənov İrana başsağlığı verdi
İlham Əliyev Latviya Seyminin sədrini qəbul etdi - FOTOLAR

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda 3 qadına xəsarət yetirən şəxs tutuldu