Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86815
az

Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

23:0212 Aprel, 2023
239
SİYASƏT
  • A

Aprelin 12-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 55-ci plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

 

Milli Məclisdən Oxu24.com-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə deputatlar Nizami Səfərov, Mixail Zabelin, Rasim Musabəyov, Arzu Nağıyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.


Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın 55-ci plenar iclasında çıxışı və iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR
Tbilisidə polis kütləvi həbslərə başladı

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA