Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83809
az

Ərdoğandan “altılı masa” şərhi

21:2804 Mart, 2023
165
SİYASƏT
  • A

“Nə edərlərsə etsinlər, planımız, tutduğumuz yol üzərində işləməyə davam edirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İYİ partiya sədri Meral Akşenerin “altılı masa” ilə bağlı dünənki açıqlamasını dəyərləndirən zaman deyib.

“AK Partiya olaraq onlar nə deyərlər, nə edərlər, bizim belə bir narahatlığımız yoxdur. Xalq Alyansı olaraq hədəfimizi müəyyən etmişik”, - Türkiyə Prezidenti əlavə edib.

Xatırladaq ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:
XİN Braziliya və Əfqanıstana başsağlığı verdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı