Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7976
az

Lukaşenkodan Kremlə: “Buna imkan verməyəcəyəm!”

18:4115 Dekabr, 2018
688
SİYASƏT
  • A
  Dövlətin suverenliyi müqəddəsdir və mən bunun itirilməsinə imkan verməyəcəyəm.
Bunu rusiyalı jurnalistlərlə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən hər zaman suverenliyin itirilməsi təhdidini hiss edirəm. Prezidentin işində əsas məsələ ölkənin suverenliyinin təmin edilməsidir. Hazırda dünyada tam müstəqil dövlətlər yoxdur, amma suveren dövlətlər hələ də var. Sizin Jirinovskinin təklif etdiyi kimi bizi vilayətlərə bölüb, Rusiyaya birləşdirmək istəyirlərsə, bu heç vaxt mümkün olmayacaq. Əgər Rusiya rəhbərliyi belə kateqoriyalarla fikirləşirsə, bu, Rusiyanın ziyanınadır” – deyə o bildirib.

Lukaşenko Rusiya neft sənayesindəki vergi manevri məsələsinə də toxunub və bunun Belarusun müstəqilliyinə təhdid olduğunu deyib. Onun sözlərinə görə, Rusiya hazırda Belarusu tərkibinə qəbul etmək gücündə deyil:

“Rusiya Belarusu vilayətlərlə və ya ümumilikdə tərkibinə qəbul etməyə hazırdımı? Siz nəticələr barədə düşünün. Siz buna hazırsınızmı? Buna sizin və bizim ölkədə, eləcə də dünyada necə baxılacaq? Bəlkə də nə zamansa biz buna da gəlib çıxacağıq, amma buna heç bir problem yaratmadan getmək lazımdır. Əks təqdirdə bizə deyəcəklər ki, siz neftə görə ölkəni satdınız”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:
XİN Braziliya və Əfqanıstana başsağlığı verdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı