Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79321
az

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

10:5124 Dekabr, 2022
274
SİYASƏT
  • A

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu24.com-un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım.

Doğum gününüzü şəxsən öz adımdan və xalqım adından səmimi-qəlbdən təbrik edir, Sizə və dəyərli ailənizin üzvlərinə cansağlığı, xoşbəxtlik və uzun ömür diləyirəm.

Zati-alinizin qətiyyətli və uzaqgörən liderliyi ilə qardaş Azərbaycan son illərdə böyük nailiyyətlər əldə etmiş, beynəlxalq arenada nüfuzlu yerini daha da möhkəmləndirmişdir. Xüsusilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və abadlaşdırılmasında göstərdiyiniz əzmkarlıq və qətiyyət hər cür tərifin fövqündədir.

Azərbaycanın əmin-amanlığı, rifahı və gələcək nəsillər üçün çəkdiyiniz dəyərli zəhmətiniz bütün Türk Dünyası tərəfindən böyük maraq və sevinc hissi ilə izlənir və nümunə götürülür.

Öz gücünü "Bir millət, iki dövlət" anlayışı ilə xalqlarımız arasındakı qədim qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan ittifaqı da bu prosesdə regionumuz üçün əvəzsiz təhlükəsizlik, sabitlik və rifah amilinə çevrilmişdir.

Müdafiə Sənayesi, müştərək energetika və nəqliyyat layihələrindəki əməkdaşlıqla hər bir sahədə nümayiş etdirdiyimiz sarsılmaz həmrəyliyimizi Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ildə də daha yüksək səviyyələrə çatdıracağımıza bütün səmimiyyətimlə inanıram.

Hörmətli Prezident, fürsətdən istifadə edərək Zati-alinizə yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının bundan sonra da davam etməsi üçün ən səmimi diləklərimi çatdırıram".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir - Rumen Radev

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ