Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
793
az

“Urrra!! ABŞ İrəvanı götürsə, Qarabağı Azərbaycana qaytaracaq!..” - Fikir savaşı

17:3518 Aprel, 2018
913
SİYASƏT
  • A
 Azərbaycandakı Qərbsevərlər, demokratiya carçıları İrəvandakı son kütləvi etiraz olaylarından  yaman ilhama gəliblər...
***
Şərqsevərlər, Şimalsevərlər, İransevərlər isə dilxor olublar...
***
Qəribədir ki, bu ölkədəki Qərbsevərlər, Şərqsevərlər, Şimalsevərlər, İransevərlər, Turansevərlər artır, amma Haqsevərlər azalır...
***
“Optimist” düşüncələrə baxın: “Paşinyan yaman başlayıb, İrəvanda çevriliş alınsa, Bakıda da ara qarışacaq...”, “Nəhayət, Azərbaycanda da demokratiya bərqərar olacaq...”, “Urrra!!! ABŞ İrəvanı alıb Qarabağı bizə verəcək!..”Unutmayaq ki, bu gün rəhmətlik Y.V.Çəmənzəminlinin yazdığı kimi, iki yox, 3-4, hətta 5-6 odun arasındayıq...Daxilimizdən və qonşuluğumuzdan erməni şəri,  o taydan ABŞ şəri, bəri taydan Avropa şəri, şimaldan Rusiya şəri, Cənubdan İran şəri, Cənub-Qərbdən- Ərəbistandan vəhabilik şəri və içimizdən korrupsiya, rüşvətxorluq, inhisarçılıq şəri...
***
Hələ üstəgəl min illər, əsrlər boyu imperiyaların, düşmənlərimizin  işğallarından, soyqırımlarından, repressiyalarından, sürgünlərindən, manqurtlaşmalarından qaynaqlanan nadanlıq, savadsızlılıq, savadlı cahillik, imansızlıq, inamsızlıq, etibarsızlıq, yalançılıq, dələduzluq...
***
Bu şərlərin, bu xarici düşmənlərin hamısı bizi yemək istəyir, özü də sümüklü-ilikli, köklü-köməcli yemək- yəni yox etmək...
***
Əcnəbi düşmənlər daxildəki nəfsinə, tamahına uymuş korrupsioner, inhisarçı şəbəkə ilə də müqavilə bağlayıb ki, bizə pay verin, özünüz də xımır-xımır yeyin. “Amma  sözümüzdən çıxsanız, o birilər kimi sizin də yığdıqlarınızı əlinizdən alacağıq...”
***
Korrupsiya-monopoliya şəbəkəsi də içimizdəki imansızlığa, nadanlığa, cahilliyə güvənib gücünə güc qatır...İndi nə edək? Çıxış yolu nədir? Elə bir qüdrətli diplomatiyaya, xarici siyasətə malikikmi ki, bu 5-6 xarici şəri biri-biri ilə üzbəüz qoyub ortadan qalib çıxaq...
***
Yoxsa “bir neçə şərdən daha ziyansızını seç” prinsipi ilə bu xarici şərlərdən digərlərinə düşmən olan birinə-ikisinə güvənib, arxa çevirərək  problemlərimizi həll edib müstəqilliyimizi qoruyaq...
***
Bəs bu və ya digər addımımızı kimə, hansı gücə arxalanıb ataq? Axı sadalanan şərlərin heç birinə qəti güvənmək olmaz,  bircə yanlış addımımıza görə xəncəri kürəyimizə saplayarlar...
***
Bu ölkə bir işə başlarkən “Bissimillah”, “Ya Allah” deyən babalarımızın yurdudur...
***
“Ya Allah” deyənlər kimə güvənməlidir? Əllbəttə ki, bizləri  Yaradana, Allaha...
***Sərkisyanlar Rusiyanın agent-kukladırsa, Paşinyanlar da ABŞ-ın Qərbin  peşkasıdır.Moskvanın gətirdiyi sosializmin də ləzzətini gördük, Vaşinqtonun, Parisin “bəxş etdiyi” “azadlıq və demokratiya”nın da... Ən azı, son 10-15 ildə Əfqanıstanda, İraqda, Liviyada, Suriyada və s. “azadlıq və demokratiya”nın necə bərqərar olmasının şahidi olduq...
***
Bizi- Azərbaycanı nə ABŞ, nə Avropa,  nə Rusiya, nə İran,  nə də Çin sevir... Bizi öncə Allah sevir... Ona  görə O, bizə hamını özünə cəlb edən belə qeyri-adi coğrafi-siyasi mövqe, gözəl iqlim, dəniz və göllər, çaylar, təbiət, tükənməz sərvətlər, misilsiz nemətlər bəxş edib...
***
Amma biz də fəhlədən, süpürgəçidən, polisdən, həkimdən, müəllimdən tutmuş professora, başçıya, nazirə, prezidentədək hər birimiz Onu- Allahı sevib, Ona şükür etməli, Ona güvənməliyik ki, öz torpaqlarımızda azad və firavan yaşayaq... Əks halda şər güclər bizləri xaos girdabına ata bilər...
***
Nə Qərbə, nə Şərqə, Qərbin də, Şərqin də hakimi olan Allaha güvənək... Allah bizi darda qoymaz, inşallah!..

Sultan Laçın.. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:
XİN Braziliya və Əfqanıstana başsağlığı verdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı