Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79151
az

Rusiyanın məkrli planı: Vardanyanın fəallığı buna hesablanıb

21:1820 Dekabr, 2022
296
SİYASƏT
  • A

"Ruben Vardanyanı Xankəndiyə göndərən Rusiya Azərbaycan rəsmiləri ilə etnik ermənilər arasındakı təmaslara mane olmağa çalışır. Vardanyana qədər bu təmaslar başlamışdı".

OXU24.CO  teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Bakının məqsədi yerli ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına nail olmaqdır:

"Moskva Vardanyan vasitəsilə prosesi pozur. Moskvadan aldığı təlimat üzrə daşınan bu başıpozuq separatçı isə deyir ki, Bakı onunla danışmalıdır. Vardanyanı Xankəndiyə göndərən Rusiyanın məqsədi bölgədə separatizmin aradan qalxmasına mane olmaq və prosesləri öz nəzarətində saxlamaqdır.

Demək olar ki, artıq Qarabağın dağlıq hissəsində mübarizə Rusiya ilə gedir. Rusiyalı ekspertlərin Azərbaycana yönəlik hədələri də, onların bu məkrli siyasətinin qarşısını almaq səylərimizdən irəli gəlir. Bəli, Rusiya "sülhməramlı"ları bölgəyə gələndə nə baş verəcəyini də əvvəldən hesablamışdıq. Amma bizim Azərbaycana soxulmuş rus ordusunu dəfələrlə ölkəmizdən çıxarmaq kimi təcrübəmiz də var. Bu gün - "güclü rus ordusu", "dünyanın ikinci ordusu" mifinin Ukraynada dağıldığı vaxtda Rusiyanın görünən "əzələ"si ilğımdan başqa heç nə deyil".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya hərbçiləri Qarabağda qaldıqca, ermənilərin reinteqrasiyasına nail olmağımız çətinləşəcək:

"Ona görə də Rusiya sülhməramlılarının beş ildən artıq ərazilərimizdə qalmasına icazə verməməliyik. İkincisi, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoymalıdır. Çünki bu yol təyinatına uyğun fəaliyyət göstərmir, burdan hərbi məqsədlər üçün istifadə edilir. Laçın yoluna nəzarətimiz bərpa edilsə, ərazilərimizdə silahlı separatçı-terrorçu erməni dəstələrinin fəaliyyətinə son qoya bilərik. Ekofəalların Xankəndi-Şuşa yolunda davam edən dinc aksiyası buna zəmin yarada bilər.

Hesab edirəm ki, Rusiyanın Qarabağda möhkəmlənmək səyləri baş tutmayacaq. Azərbaycan bu məsələdə geri addım atmayacaq, güzəştə getməyəcək. Bu baxımdan, Vardanyanın xülyasının əksinə olaraq, Bakı onunla yox, uyğun bildiyi şəxslə danışacaq. "Müstəqil arsax" sayıqlamasından danışan bu sarsağın yeri ancaq həbsxana ola bilər, ya da öz xoşu ilə rədd olub gedəcək"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı