Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77083
az

"İran hakimiyyətinin Azərbaycanla münasibətdə tutduğu mövqe düz deyil"

18:4221 Noyabr, 2022
108
SİYASƏT
  • A

İran hakimiyyətinin Azərbaycanla münasibətdə tutduğu mövqe düz deyil.

OXU24.COM Trend-ə istinadən xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzai "Sübhün carçsı" (Nəvid-e sobh) portalına müsahisəsində deyib.

Səfir qeyd edib ki, Xankəndi azərbaycanlıların əzəli torpağıdır. Sadəcə regionda möhkəmlənmək üçün Sovetlər bölgəyə (xüsusən Xankəndiyə) erməniləri köçürərək, Xankəndidə zavodlar inşa edərək demoqrafik vəziyyəti dəyişdirdilər.

"Stalinin əmri ilə "Mehri" adlanan və əhalisinin hamısı müsəlman olan Ermənistanın cənub vilayəti Azərbaycandan alınaraq Ermənistana verildi", - deyə o əlavə edib.
Ətraflı
Ad - 00:08

Səfir təəssüflə qeyd edib ki, İranın Xarici İşlər nazirliyinin arxivindəki 100 il bundan əvvəl ermənilər tərəfindən müsəlmanların soyqırımına dair minlərlə sənədin, eləcə də Bakı və Naxçıvandakı Baş konsulluqlarının əhəmiyyətli hadisələr ilə bağlı XİN verdiyi hesabatların İranda nəşr olunmasına, hətta tədqiqatçıların bu sənədləri araşdırmasəna da icazə verilmədi.

"Qarabağın və ətraf yeddi rayonun Azərbaycana məxsus olması ilə bağlı BMT-nin dörd və Aİ-nin bir neçə qətnaməsinə və İranın rəsmi mövqeyinə baxmayaraq, Ermənistan həmin əraziləri işğal altında saxlamış, hətta oradakı məscidləri də dağıtmışdır", - deyə keçmiş səfir bildirib.

Əhəd Qəzai onu da vrğulayıb ki, İran konstitusiyasına görə məzluma (torpağı işğal altında olana) dəstək olmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan üçüncü tərəfi danışıqlara qoşmaqla nəticə əldə etməyəcəyini anlayıb - VİDEO
İrəvan Mirzoyan-Bayramov görüşünü təsdiqləməyib? - Qazaxıstan XİN-dən AÇIQLAMA
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?