Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75133
az

Prezidentin yüksək vəzifə verdiyi xanım kimdir? - DOSYE

18:2318 Oktyabr, 2022
468
SİYASƏT
  • A

Bu gün Prezident İlham Əliyev Mehriban Natiq qızı İmanovanın Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Oxu24.com Elm Fondunun İcraçı direktorunun dosyesini təqdim edir:

Mehriban Natiq qızı İmanova 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirib.

2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlayıb. 

2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrində çalışıb. 

2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Mehriban İmanova ailəlidir, iki övladı var.

SON DƏQİQƏ!Rusiyadan dəhşətli xəbər gəldi:Xeyli sayda ölü var

Bunu edin və kombidən istifadə edərkən, 4 dəfə daha az pul ödəyəcəksiniz - İZAHLI VİDEO

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Ərdoğan İlham Əliyevə zəng etdi