Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74782
az

Makron da Əliyevin tələbini QƏBUL ETDİ - Bu, Kremlin xoşuna gəlməyəcək

17:1808 Oktyabr, 2022
141
SİYASƏT
  • A

Təmaslarda Qarabağın erməni əhalisini kimlər təmsil edə bilər?

Əlisilahlı separatçılarla təmaslara getmək olmaz, bu onların tanınması anlamına gələr, danışıqlarda erməniləri təmsil edən nümayəndələr mülki əhali arasından seçilməlidir.  

Praqada dördlü format çərçivəsində görüşün nəticələrini müsbət qiymətləndirmək olar. İki ölkə arasında sərhədin müəyyənləşməsi istiqamətində danışıqların intensivləşməsi perspektivi yaranıb. Praqadakı razılaşmaların yerinə yetirilməsi halında ilin sonuna qədər iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı artacaq. 

Bütün bunlar o demək deyil ki, iki ölkə arasında gərginlik azalacaq. Bu kimi görüşlərdən sonra təmas xəttində təxribarlar baş verir, Azərbaycan ərazisi atəşə tutulur və Azərbaycan Ordusu əks-həmlələr həyata keçirmək məcburiyyətində qalır. Digər tərəfdən Praqadakı razılaşmalar, o cümlədən Brüssellə yanaşı Parisin də vasitəçiliyinin gücləndirilməsi Kremlin xoşuna gəlməyəcək. Rusiya ümumi prosesi pozmaq üçün müxtəlif "planlarını" hərəkətə gətirə bilər. Ancaq Rusiya danışıqlar prosesindən kənarlaşdırılmır.

Avropa İttifaqı və Fransa Azərbaycanla sülh sazişinin mətni və sərhədin müəyyənləşməsi məsələsində vasitəçilik edirlər, Rusiya isə Zəngəzur dəhlizinin mexanizminin müəyyənləşməsində əsas vasitəçidir. İlham Əliyev Praqada Avropa siyasi birliyi Toplantısı çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib.

Dövlət başçısı deyib ki, 3 ölkə enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edə bilər. Bu, Ermənistan hakimiyyətinə və cəmiyyətinə mesajdır ki, siyasətinizi və baxışlarınızı dəyişəcəyiniz halda regional əməkdaşlıqdan faydalacaqsınız.

İlham Əliyev Türkiyə-Ermənistan dialoqunu da dəstəklədiyini və bu prosesin Azərbaycan-Ermənistan dialoqu ilə paralel getdiyini bildirib. Bu isə o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması əsas şərtdir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO