Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74087
az

Rusiyada səfərbərliyə etiraza görə saxlanılanlara çağırış vərəqələri verilib - Foto

18:0722 Sentyabr, 2022
136
SİYASƏT
  • A

Rusiyanın bir neçə şəhərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı 38 şəhər üzrə 1400-dən çox insan saxlanılıb.

Moskva və Voronej şəhərlərində aksiyalar zamanı saxlanılan şəxslərə hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələri verilib. Məlumata görə, saxlanılanlardan biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə onu cinayət işi ilə hədələyiblər.

Qeyd edək ki, Moskvada səfərbərliyə qarşı etirazlar zamanı çəkiliş edərkən saxlanılan jurnalist Artem Qriqerə də çağırış vərəqəsi təqdim edilib. O bu haqda belə deyib:

“Aksiyada saxlanılan oğlanların hamısına çağırış vərəqəsi verirdilər. Mən orada sadəcə çəkiliş edirdim. Mənə də çağırış vərəqəsi verdilər. Ancaq mən hərbi komissarlığa getməyəcəm".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyandan etiraf: Ermənistan vətəndaşları buna görə ölkəni tərk edirlər
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
Lavrov bu məsələlərə görə Astanaya getdi