Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7009
az

RUSİYA DOLLARIN BUXOVUNDA! – Putin bu buxovu qıra biləcəkmi?

14:2613 Noyabr, 2018
978
SİYASƏT
  • A
ABŞ hökuməti Ukraynadakı münaqişəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Amma Rusiyanı diz üstə çökdürmək üçün Trampın əlində daha qorxulu silah var -güclü dollar!

Rusiya prezidenti Vadimir Putin bu yaxınlarda deyib ki, Tramp İran və Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə strateji səhv edə bilər və ABŞ özünün cəza tədbirləriylə universal ehtiyat valyutası olan dolların etibarını dağıdacaq. Putin həmçinin onu da deyib ki, Vaşinqton özü oturduğu budağı kəsir.

- Amerikan valyutasının hökmranlığı

Rusiya üçün Amerikan valyutasının çökməsi çox yaxşı variant olardı: iqtisadi təzyiq vasitəsi kimi dollar qədər təhlükəlisi yoxdur. Dollar bütün dünya ticarətini nəzarətdə saxlayır və “Bloomberg” agentliyinin məlumatına görə, dünyadakı bütün ödəmələrin 40%-i dollarla həyata keçirilir. Avropa Mərkəzi Bankının məlumatında isə bildirilir ki, Amerikan valyutası bütün beynəlxalq borcların üçdə ikisini təşkil edir. Demək olar ki, bütün enerji sövdələşmələri dollarla aparılır.

Putinin fikrinə görə, ABŞ siyasi məqsədlərini həyata keçirmək üçün maliyyə gücündən istifadə edir. Burada əsas məsələ İrana qarşı sanksiyalardır. Rusiyanın dollar asılılığından yaxa qurtarması xüsusilə çətindir. Rusiyanın fiziki şəxsləri və şirkətləri rublun məzənnəsinin qeyri-sabitliyindən və həmçinin də onun mümkün çöküşündən özlərini qorumaq üçün əllərindəki vəsaitlərini ABŞ valyutasında saxlamağı üstün tuturlar. Rusiyanın milli valyutası aprel ayından geriləyir.

Həlledici rolu enerji bazarı oynayır. Rusiya dünyanın ən mühüm qaz ixracatçısıdır və iqtisadi planda xammaldan, əsasən də neft və qazdan çox asılıdır. Bu bazarlarda qarşılıqlı hesablaşmalar güclü valyuta olan dollarla aparılır. Rusiyanın enerji resurslarının iri alıcıları Qərbi Avropa ölkələridir və onlar çətin ki, ticarətin rubl kimi qeyri-sabit valyuta ilə həyata keçirilməsinə razılaşsınlar.

Amma Rusiya dollardan yaxa qurtarmaq istəyir. Bu yaxınlarda Rusiya hökuməti maliyyə naziri Anton Siluanovun iştirakıyla bir sıra tədbirlər zərfi hazırlayıb. Bu plana əsasən gələcəkdə rublla müqavilə bağlayan şirkətlər vergi imtiyazı qazanacaqlar. Digər yandan, 2024-cü ilə kimi şirkətlər xarici ixracatdan əldə olunan gəlirlərin tədricən Rusiyaya qaytarılmasına görə vergilərdə böyük güzəştlər əldə edəcəklər.

Lakin Rusiya hökuməti dollardan dərhal imtina etməyi planlaşdırmır.Keçid tədrici və həm də məcburi tədbirər olmadan həyata keçirilməlidir. Rusiyanın bir sıra konsernləri xaricdə dollardan istifadə etmədən sövdələşmələr bağlamağın imkanlarını öyrənirlər.

Artıq bir neçə ildir ki, Kreml ABŞ valyutasından asılı olmamaq üzərində işləyir. 2014-cü ildə Krım böhranı ilə əlaqədar tətbiq olunmuş sanksiylar çərçivəsində Amerikanın “Visa” və “Mastercard” beynəlxalq ödəmə sistemləri xəbərdarlıq etmədən rusiyalıların kredit kartlarını iki günlük bloklamışdı. Bu məhdudiyyətlər vasitəsiylə ABŞ Rusiya maliyyə sisteminə necə zərbə vura biləcəyini Kremlə nümayiş etdirdi. Bir ildən sonra Rusiya öz milli ödəmə sistemini buraxdı. 2018-ci ilin iyulundan bütün müəssisələr əməkdaşlarının məvaciblərini Rusiya bank məlumatları hesabına köçürə bilərlər. Dövlət şirkətlərində 30 milyona yaxın insan işləyir.

- Ticarət tərəfdaşları ilə razılıq əldə olunması

Hələlik tədbirlər praktik baxımdan effekt vermir. Dolların hökmranlığını həqiqi formada qırmaq üçün Rusiyaya xaricdən dəstək lazımdır. Sentyabr ayında Vladivastokda keçirilən iqtisadi forumda Vladimir Putin Çin lideri Si Çzinpin ilə qarşılıqlı ödəmələr zamanı hər iki ölkənin milli valyutalarından daha aktiv istifadə olunması məsələsində razılığa gəliblər. Bu xarici siyasət birliyi öz bəhrəsini verə bilər. Çin Rusiyanın mühüm ticarət tərəfdaşıdır və iki ölkə arasındakı hazırkı ticarət dövriyyəsinin həcmi 100 milyard dollardır.

Putin İran və Türkiyə ilə də oxşar razılaşmalar əldə etməyi planlaşdırır. Üç ölkə rəhbərlərinin görüşü zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, dolların hökmranlıq dövrünün sona çatmasının vaxtı gəlib.
Hal-hazırda dünya iqtisadiyyatının başlıca problemi beynəlxalq ödəmə sisteminin dollara bağlanmasıdır. Qərb ölkələri də belə bir vəziyyətdən şikayətlənirlər. Almaniyanın xarici işlər naziri Hayko Maas avqust ayında “Handelsblatt” qəzetinə verdiyi müsahibəsində beynəlxalq ödəmə sisteminə alternativin olmasının vacibliyini qeyd etməkə yanaşı, Avropanın maliyyə müstəqilliyinin gücləndirilməsinə çağırıb. Sentyabr ayında Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa şirkətlərinin Avropa təyyarələrini ABŞ valyutası ilə almalarını absurd adlandırıb.

- Rusiya Mərkəzi Bankı ABŞ istiqrazlarını satır

Dollarla əyani şəkildə ən çox mübarizəni Rusiya Mərkəzi Bankı aparır. Keçən aylar ərzində Mərkəzi Bank ABŞ istiqrazlarının böyük hissəsini satıb. Avqust ayında onların həcmi 14 milyard dollar təşkil edirdi və ”Bloomberg”in məlumatına görə, təkcə aprel və may ayları üçün onların həcmi 80 faizdən çox azalıb. Rusiya analitikləri bildirirlər ki, bununla da Rusya ABŞ-ın 50 ən böyük kreditoru siyahısından çıxıb. Hələ bu ilin əvvəlində Rusiya Mərkəzi Bankı 100 milyard dollar həcmində ABŞ istiqrazları saxlayırdı, 2011-ci ildə bu istiqrazların həcmi 180 milyard dollara çatırdı. O zaman Rusiya ABŞ-ın ən böyük kreditorlarından biriydi.
Çin və Hindistan kimi digər ölkələr də özlərinin ABŞ valyutasındakı ehtiyatlarını azaldırlar. 2011-ci ilin oktyabrından indiyədək Yaponiya da özünün ABŞ qiymətli kağızlarını minimuma qədər azaldıb. Türkiyə ABŞ-ın 30 ən böyük kreditoru olmaqdan çıxıb.

Hərçənd ki, dollar valyuta bazarında hökmranlıq edir, amma o tədricən öz yerində saymağa başlayır. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, dollar 2018-ci ilin ikinci rübündə dünya ehtiyat valyutası kimi 62,5%-dən 62,3%-ə düşüb və göründüyü kimi müəyyən azalma meyli var. Bu göstərici bir qədər artmalıdır, çünki aprel ayından iyunadək dollar digər valyutalar qarşısında orta hesabla 5% möhkəmlənib. Çin və Yaponiya milli valyutalarında da böyümə müşahidə edilir.

- Qızıla meyl artır?

2007-ci ildən Rusiya qızıla investisiya qoymağa üstünlük verir. Sentyabr ayında Mərkəzi Bank öz ehtiyatına 37 ton qızıl əlavə edib. Amma buna baxmayaraq, ekspertlər qısa müddətli perspektivdə dolların hökmranlığının praktik olaraq dəyişməyəcəyi barəsində yekdil fikirdədirlər.

Rusiya Mərkəzi Bankının məlumatına əsasən, dollar öz əhəmiyyətini itirsə də, bu proses çox ləng gedir. Axı dollar sadəcə olaraq təkcə geniş yayılmayıb, həm də onu beynəlxalq institutlar, hüquqi təminatlar və ABŞ-ın iqtisadi qüdrəti dəstəkləyir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda etiraz aksiyaları səngimək bilmir
Verdiyi sözləri tutduğunu görmədik - Ərdoğan İsrail Prezidenti barədə
İran XİN rəhbəri Dəməşqdən Ankaraya getdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat