Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68565
az

Sanksiyaların Rusiyaya ilk təsirləri: - 750 şirkət fəaliyyətini dayandırıb, yüz minlərlə insan işini itirir

21:3019 Aprel, 2022
557
SİYASƏT
  • A

Ukraynaya işğal qərarından sonra yüzlərlə xarici şirkətin fəaliyyətini dayandırdığı Rusiya yeni böhranla üz-üzədir. Moskva şəhərinin meri Sergey Sobyanin paytaxtda işlərini itirmək riski ilə üzləşən insanların sayının 200 minə çatacağını bildirib.

Rusiya prezidenti Vladimir Putin dünənki açıqlamasında ölkəsinə qarşı sanksiyaların iflasa uğradığını əminliklə desə də, paytaxt Moskvadan gələn xəbərlər çox fərqli vəziyyətə işarədir.

Rusiyaya qarşı sanksiyalar səbəbindən bir çox xarici şirkətin geri çəkilmək qərarı ölkədə yüz minlərlə insan işini itirmək riski ilə üzləşdirib. S. Sobyanin Moskva şəhərində işini itirənlərə ümumilikdə 3,6 milyard rubl və ya təxminən 38 milyon avro maliyyə dəstəyini nəzərdə tutan yardım paketinin qəbul edildiyini açıqlayıb.

Dəstək paketinin fəaliyyətini dayandıran xarici şirkətlərdə çalışan vətəndaşlara yönəldiyini açıqlayan Sobyanin deyib ki, 200 min insan işini itirmək riski ilə üzləşib.

Moskva merinin açıqladığı yeni proqramın 58 mindən çox insanı dəstəkləməsi gözlənildiyi halda, işsiz insanlar üçün bələdiyyələrdə iş yerləri yaradılacağı da bildirilir.

Bələdiyyənin işini itirənlərə müxtəlif üsullarla dəstəyini davam etdirəcəyini qeyd edən Sobyanin, xaricdən idxalın məhdudlaşdırılması ilə paytaxtda 3 dərman fabrikinin tikiləcəyini də diqqətə çatdırıb.

Sobyaninin bəyanatı Moskvanın uzun bir böhran siyahısı ilə məşğul olmağa çalışdığını ortaya qoyur. Şəhər rəsmiləri növbəti iki həftə ərzində paytaxtın dərman ehtiyatını idxal etmədən necə saxlayacağını müzakirə edəcəklər.

Ukrayna müharibəsinin başlaması ilə Rusiya banklarına və oliqarxlarına zərbə vuran Qərb sanksiyaları ilə yanaşı, onlara qarşı təzyiqlərə tab gətirə bilməyən bir çox dünyaca məşhur brendlər də Rusiyanı tərk etdiklərini açıqlayıblar. Məsələn, “Starbucks”, “Pizza Hut” və “KFC” kimi restoranlar şəbəkəsi ölkədəki filiallarını bağladığı halda, “Coca Cola” və “Pepsi” kimi simvolik brendlər ölkə ilə əlaqələrini tamamilə kəsiblər.

Yale İdarəetmə Məktəbinin məlumatına görə, Rusiyada fəaliyyətini dayandıran şirkətlərin sayı 750-dir. Bu şirkətlərdən bəziləri rus işçilərinə əməkhaqqı ödəməyə davam edəcəyinə söz versə də, bunun nə vaxta qədər olacağı bəlli deyil.

Onu da qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin hökumət və iqtisadi heyətlə keçirdiyi görüşdə Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəyərləndirərək, bu cəhdlərin nəticəsiz qaldığını iddia edib. Putin çıxışında “Aydındır ki, son dövrdə iqtisadiyyat üçün ən əhəmiyyətli neqativ faktor Qərb ölkələrinin yeni sanksiya təzyiqləridir. Onların planları ölkəmizin maliyyə-iqtisadi vəziyyətini sürətlə sarsıtmaq, bazarlarda çaxnaşma və bank sistemini çökdürmək, mağazalarda geniş miqyasda məhsul qıtlığına səbəb olmaq idi. Lakin biz əminliklə deyə bilərik ki, Rusiyaya qarşı sanksiyalar iflasa uğrayıb”,- fikrini işlədib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Azərbaycanla sülh barədə: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”
Putin hökumətin yeni tərkibini təsdiqlədi
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi