Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66347
az

“Putin öldürüləcək!..” - SENSASİON İDDİA

01:5802 Mart, 2022
738
SİYASƏT
  • A

Hələ ki, məhdudiyyətlər əvvəllər Qərbin dediyi kimi sərt olmadı. Bircə o var ki, beynəlxalq reaksiya Rusiya liderinin gözlədiyindən daha güclü oldu. Yəni gurultu var, amma tufan hiss olunmur. Bunun da bir çox səbəbləri var. Biri də odur ki, sanksiyalar göründüyü qədər əhatəli deyil.
 
Həyat belədir ki, həmişə ən yaxşısına ümid etməlisən. Amma mən qorxuram ki, Qərbin bugünkü sunamisində Putinin dişləri və burnu sınmasın.
 
Di gəl ki, Rusiya prezidentinin gözlənilən süqutu ilə bağlı proqnozlar böyük sürətlə və kütləvi şəkildə tirajlanır. Həmin ehtimallardan bəzilərini təqdim edirik.
 
Birincisi, sanksiyaların təzyiqi altında Rusiya iqtisadiyyatı çökəcək, hesablardan vəsaitlərin kütləvi çıxarılması və hiperinflyasiya başlayacaq;
 
İkincisi, hərbi çevriliş nəticəsində Putin öldürüləcək;
 
Üçüncüsü, Rusiyanın siyasi və iqtisadi elitası Putinə qarşı ayağa qalxacaq və onu hakimiyyətdən uzaqlaşdıracaq;
 
Qərbin bu kimi istəklərinin siyahısını bir az da uzatmaq olar.
 
Ümid edək ki, bu senarilərdən biri və ya bir neçəsi reallaşacaq. Halbuki vəziyyətin ayıq və qərəzsiz təhlili ən azı yaxın gələcəkdə belə bir şeyin olmayacağını göstərir.
 
Xüsusi əməliyyatın başlamasından 5 gün keçsə də, Putinin ümid etdiyi sürətli qələbə əldə olunmaz oldu. Beynəlxalq reaksiya Rusiya liderinin gözlədiyindən daha güclü və vahid oldu. Bu gün elan edilən sanksiyalar, şübhəsiz ki, Rusiyaya ciddi ziyan vuracaq.
 
Bəs onun iqtisadiyyatını diz çökdürəcəkmi?
 
Bu barədə daha az əminlik var. Eləcə də, hərbi çevriliş cəhdi o qədər də məntiqli görünmür. Görünənsə odur ki, dünya uzun və məşəqqətli bir müharibəyə tamaşa etməyə hazırlaşır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Narkotikin təsiri ilə avtomobil idarə edən sürücü saxlanıldı