Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66128
az

SON DƏQİQƏ! Rusiyanı çökdürəcək qərar qəbul edildi - Moskva şokda

10:2927 Fevral, 2022
4527
SİYASƏT
  • A

Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Kanada liderləri Rusiya banklarının SWIFT sistemindən ayrılması və Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarına qarşı sanksiyaların tətbiqi barədə qərarını rəsmən elan edib.

Bəs görəsən SWIFT nədir? 

SWIFT - faktiki olaraq bütün dünya maliyyəçilərinə ödəniş tapşırıqları ilə mübadilə aparmağa imkan verən  sistemdir. 

Bunu anlamaq üçün çox sadə məişət xarakterli analoqiya aparaq. Nənənizlə  Viber, qonşunuzla  - WhatsApp, dostlarınızla  - Telegram, həmkarlarınızla  - Slack vasitəsilə danışmaqdansa  bir yoxlanmış və  sınanmış rabitə kanalından istifadə etmək daha yaxşı olmazmı? Baxın banklar üçün bu kanal SWIFT-dir.

Bu sadəcə ödəniş sistemi deyil, həmçinin pul köçürmələri barədə ödəniş tapşırıqlarını yerinə yetirməyə imkan verən  əsas və yeganə universal sistemdir. Bu sistem Yer kürəsində yerləşən 11 min maliyyə və qeyri maliyyə təşkilatları arasında  pul mübadiləsini təmin edir. Bir ildə SWIFT ilə 5 milyard  informasiya mübadiləsi aparılır. 
Amma ABŞ-dan tutmuş Rusiyaya kimi ayrı-ayrı ölkələrin banklar arasında şəxsi daxili kommunikasiya sistemləri də  var. Buna baxmayaraq, rahat olduğu üçün hətta o ölkələr belə SWIFT-dən istifadə etməyə üstünlük verir. Xarici valyutada olan bütün ödəniş tapşırıqları bu sistem vasitəsilə reallaşdırılır. 

Milli.Az xəbər verir ki, BBC-nin iqtisadi məsələlər üzrə eksperti Aleksey Kalmıkovun Anews.a dediyinə görə, SWIFT-dən ayırmaqla qərb Rusiyanın daxili rabitə kanallarının işini durdurmayacaq. SWIFT 1973-cü ildə telefon, poct və tekeksi əvəzlədi, amma o vaxtdan telekommunikasiya  sahəsində faks və e-mai-dən blokçeynə qədər bir neçə inkişaf baş verib. 

SWIFT-dən ayırma Rusiya banklarına nə kimi təhlükə yaradacaq? 

Bu suala cavab verən Kalmıkov deyir ki, Rusiya banklarının SWIFT-siz qalması  banklara gedən  beynəlxalq telefon xətlərinin və internet kabellərin kəsilməsinə bərabərdir. Əlbəttə onların kəsilməsi müəyyən rahatsızlıq yaradacaq , amma dünyanın axırı demək deyil. İnternet və ya telefon olmasa informasiyanı məktub və ya faksla da göndərmək olar. Sadəcə bu çox vaxt aparacaq və baha başa gələcək. 

SWIFT-dən ayırmanın Rusiya ümün yaradacağı birinci problem odur ki, maliyyə axınları daha uzun müddətə həyata keçiriləcək,  bu səbəbdən biznes və iqtisadiyyata ciddi zərbə dəyəcək. 

İkinci problem reputasiya ilə bağlı olacaq.  İndiyə kimi ancaq  İran və Şimali Koreya SWIFT-siz qalmışdı. Rusiya bu ölkələrlə bir sıraya düşdükdə  bir çox qərb bankları Rusiya biznesi və dövləti ilə  əməkdaşlıqdan imtina etməyə məcbur olacaq. 

SWIFT ilə əlaqə kəsilsə sıravi Rusiyalılar Rusiya daxilində kartlarla ödəniş edə , valyuta hesabı aça biləcəklərmi? 
 
Kalmıkov bildirir ki, düzünü desək rusiyalılar bəli ödənişlər edə və valyuta hesabları aça biləcəklər. Çünki ruslar öz aralarında ancaq rublda ödəniş aparırlar. 

Ödəniş kartları ilə də analoji vəziyyət yaşanacaq. Visa və MasterCard kimi beynəlxalq liderlər hələ 2015-ci ildə  Rusiya daxilində prosesinq və klirinq ödənişlərini Rusiyaya köçürüblər. Həmçinin, Rusiyanın "Mir" milli  ödəniş sistemi var.

Qaldı ki, xarici valyutada olan hesablara, Rusiyada SWIFT söndürülsə belə əmanətçilər heç də pullarını rubla konvertasiya etməyə məcbur olmayacaqlar. Çünki SWIFT sadəcə Rusiya banklarının  xarici banklarda  dollar, avro, funt və yuanda olan  müxbir hesablarına ödəniş tapşırıqları göndərməkdən başqa bir  funksiyaya malik deyil. SWIFT-in texniki olaraq söndürülməsi sadəcə ödəniş tapşırıqları ilə mübadiləni məhdudlaşdıracaq. 

Aİ və Avropa Birliyi həqiqətən rusiyalıları dollar və avrodan məhrum etmək istəyirsə bunun ən yaxşı yolu SWIFT-i söndürməkdənsə, Rusiya bankları və şirkətlərinə qarşı sanksiya qoymaqdır. Bu, onlara qərb banklarında müxbir hesabları açmağa  və valyuta əməliyyatları aparmağa imkan verməyəcək, deyə ekspert vurğulayır.

“Bayraktar”lar Rusiya konvoyunu belə məhv etdi - VİDEO

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Tramp dönəmi üçün ABŞ-a yeni səfir göndərir -Tək namizəd odur
Ərdoğan NATO lideri ilə görüşəcək -Masada 3 əsas məsələ var
Gürcüstan DİN müxalifət partiyalarına müraciət etdi

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi