Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65489
az

SON DƏQİQƏ - Rusiya-Ukrayna müharibəsi başlandı? - uşaq bağçası da atəşə tutuldu - FOTOlar

18:0417 Fevral, 2022
524
SİYASƏT
  • A

Ukrayna ordusu ilə separatçı "Donetsk və Luqansk Xalq respublikaları"nın təmas xəttində gərginlik davam edir. 

OXU24.COM-un Ukrayna mediasına istinadən xəbərinə görə, Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı Mərkəzi ötən sutka ərzində Donetsk və Luqansk separatçılarının atəşkəsi 8 dəfə pozduğunu açıqlayıb. Diqqətə çatdırılıb ki, separatçılar Luqank, Novozvanovka, Lobaçevo və Vodyanoy yaşayış məntəqələrini atıcı silahlardan və minaatanlardan atəşə tutub. Qarşı tərəfdən isə bildirilib ki, Ukrayna ordusu 2 saat ərzində 9 yaşayış məntəqəsini atəşə məruz qoyub. Donbasdakı separatçılar "DXQ"nin nəzarəti altında olan Kominternovo, Oktyabr, Novolaspa, Petrovskoe, Veselenkoe və "LXR"nın isə Nijne Lozovoe, Sokolniki, Donetskiy və s. yaşayış məntəqələrində Ukrayna ordusu ilə atışmaların olduğunu açıqlayıb. Atışmalarda qumbaraatanlar və minaatanların işə salındığı da vurğulanıb.

KİV-in yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri Luqansk stansiyasını artilleriya qurğularından atəşə tutub. Mərmilərdən biri uşaq bağçasına düşüb. Məlumata görə, mərmi atılan zaman bağçada uşaqlar olub. Nəticədə iki qadın bədən xəsarəti alıb. Baş verənləri şərh edən Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Donbas ətrafında vəziyyətin gərginləşdiyini bildirib. Əlavə edib ki, Kiyev hökuməti son sutka ərzində Donbas ətrafında gərginliyi artırıb. Peskov onu da deyib ki, Rusiya sərhədləri yaxınlığında vəziyyət hər an alovlana bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:
XİN Braziliya və Əfqanıstana başsağlığı verdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı