Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65099
az

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb

18:4309 Fevral, 2022
339
SİYASƏT
  • A

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb.

Oxu24.com  xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2023-ci ilin yanvarın 1-nə qədər uzadılıb.

Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir.

Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
İlham Əliyevdən sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Prezident onları hakim təyin etdi - SƏRƏNCAM

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər