Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64834
az

Prezident İlham Əliyev Makron, Mişel və Paşinyanla nələrdən danışıb?- DETALLAR

10:1506 Fevral, 2022
255
SİYASƏT
  • A

Azərbaycan hədəflərinə doğru - qəbul edilən reallıqlar, UNESCO-nun missiyası və...

Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə müzakirə olunan məsələlər, tərəflərin yanaşması, görüləcək işlərin konkret istiqamətlərinə dair açıqlamalar kifayət qədər aydın mənzərə yaratdı. Ən mühüm və elə ilkdən vurğulanması zəruri olan məqam odur ki, həm müzakirələrdən, həm də görüşdən sonra Makron və Mişelin yaydığı birgə bəyanatdan qalib Azərbaycanın bölgədə yaratmış olduğu reallıqların artıq hər kəs tərəfindən qəbul olunduğu bir daha təsdiqini tapır.

Normal məntiq də onu deyirdi ki, Azərbaycanın Qarabağ Zəfərindən sonra bölgədə yalnız kommunikasiyaların açılmasından, Azərbaycan-Ermənistan arasında delimitasiya və demarkasiyadan, sülh müqaviləsindən, separatçıların tamamilə neytrallaşdırmasından danışmaq lazımdır. Bunu Azərbaycan Prezidenti post-müharibə dövründə dəfələrlə bəyan edib.

Ötənlərdə bəzi dairələr çalışırdı ki, yenidən süni şəkildə “Dağlıq Qarabağ məsələsi” terminini gündəmdə saxlasınlar, hətta daha əvvəllər biriləri süni şəkildə “status” məsələsini ortaya atırdılar. Hansı ki, bunlar məntiqsiz, qəbulolunmaz uzaq idi.
Bu kimi iddialar səslənəndə qeyd və ümid edirdik ki, qısa bir zamanda belə davranışlar da aradan qalxacaq. Çünki Azərbaycan rəhbəri birmənalı şəkildə bəyan etmişdi ki, Azərbaycanı hər hansı təzyiq, təhdidlə öz haqlı mövqeyindən, konstitusion və beynəlxalq normalara söykənən davranışlarından geri çəkmək mümkün olmayacaq.
Təbii, mövcud reallıqların bəzi dirəniş göstərənlərə də qəbul etdirilməsi üçün müəyəyn zaman lazım idi. Artq həmin zamanın da yetişdiyinin şahidi olmaqdayıq.

4 fevralda keçirilən videogörüş Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələrdən ibarət olub. Rəsmi açıqlamadan da bəlli olduğu kimi, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb.
Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsini xüsusi olaraq diqqətə çatdırıb.
Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb.

Prezident qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

Həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib!

Görüşdən sonra Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı yayımlandı. Sənəddə Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk Qrupunun adı çəkilmir, yəni artıq bu mənasız platforma tarixin arxivinə qovuşmuş sayıla bilər. Fransa bu görüşdə də həmsədr kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edib.
Ən əsası, bəyanatda “Dağlıq Qarabağ münaqişəsi”, hətta “Qarabağ məsələsi” kimi termin də yer almır. Yəni bu o deməkdir ki, söhbət yalnız Azərbaycanın ərazi bütövlüyünün tanınması çərçivəsində işlərin həyata keçirilməsindən gedə bilər. Qarabağ Azərbaycanın bir hissəsidir və buna dair qərarlar, idarəetmə onun daxili işidir.

Qeyd edilən, diqtə olunan reallıqların ruhu, məğzi də budur. Artıq bunu hər kəs qəbul etməyə başlayıb. Çünki normalda hamı başa düşməlidir və düşür ki, ortada iki variant var: Ya Azərbaycanın yaratmış olduğu reallıqları qəbul edərək, bundan sonra yalnız sülhyaratma prosesinə dəstək verilməlidir, ya da süni terminlərlə, Ermənistanı təxribatlara sövq etməklə, düşmənçiliyin davam etdirilməsinə, bölgədə gərginlik davam etməsinə “töhfə” vermək. İkinci halda isə təbii ki, uduzan, daha da bədbəxt duruma düşən erməni xalqı olacaqdı.
Azərbaycan rəhbərliyi də bəyan edirdi, bütün soyuqqanlı təhlillərdə qeyd edirdik ki, əgər hansısa ölkələr, təşkilatlar, o cümlədən Fransa Ermənistana yardım etmək istəyirsə, yeganə yol olaraq, onları destruktiv davranışlardan, separatçı düşüncələrdən çəkinməyə dəvət etməlidirlər, nəinki “status”, “Dağlıq Qarabağ” terminlərini təkrarlayaraq qızışdırıcılıq etməlidirlər.
Son görüş və buradakı müzakirələrə dair yayılan bəyanat göstərir ki, Fransa da daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə gedən proseslər artıq bu istiqamətə, normal yanaşmalara, reallıqlarla uzlaşmaya yön alır. İnanırıq və arzu edirik ki, bu prosesdə səmimi olsunlar, keçmişdəki ikili oyunlar, Minsk Qrupu formatındakı eybəcərliklər, qərəzli yanaşmalar təkrarlanmasın.

                                   ***

Prosesin hazırkı mərhələsində, son videogörüşdən, ondan sonrakı bəyanatdan isə gəlinən nəticə ondan ibarətdir ki, qarşıda Brüsseldə təsbit olunmuş sülh gündəliyi üzrə uğurlu bir proses davam edəcək.
Burada prioritetlər, vurğuladığımız kimi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, etimad mühitiinn yaradılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində yardım, göstərilməsi, humanitar məsələlər, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, kütləvi məzarlıqlar və onların yerləri dəqiq koordinatlarla Ermənistan tərəfindən verilməssi, sülh sazişi üzrə danışıqların başlanmasıdır.
Bu razılaşma üzrə UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılığın ifadə olunması da olduqca mühüm, xüsusi əhəmiyyət kəsb edən məsələdir.

Ermənistan, erməni lobbisi qərəzli şəkildə, yalanlarla dünyada belə bir rəy yaratmağa çalışırdı ki, guya Azərbaycan ermənilərə məxsus hansısa abidələri, tikililəri dağıdıb. Ona görə də çalışırdılar ki, UNESCO bu iddialar üzrə missiya göndərsin, araşdırma aparsınlar və s.
Ancaq həqiqətlərin nədən ibarət olduğunu Azərbaycan da dünyaya çatdırıb və öz istəyinə nail olub.

UNESCO-dan Azərbaycanın tələbi bu idi ki, əgər onlar obyektiv araşdırma aparmaq istəyirlərsə, bunun üçün iki məqama diqqət yetirməlidir:

1. Əgər iddia olunursa ki, Qarabağda abidələr dağıdılıb, burada günahkar Ermənistandır və bunu ermənilər edib. Çünki Qarabağı Ermənistan işğal etmişdi, 30 ilə yaxın da onların işğalı altında qalıb. Bu müddətdə Azərbaycanın həmin ərazilərində yerləşən mədəni irsimiz, o cümlədən 67 məsciddən 65-i azərbaycanlıların bu ərazilərdə tarixi mövcudluğunun sübutlarını silmək üçün Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılıb, məhv olunub, bəzilərinin izi belə itirilib.

2. Azərbaycan tələb edirdi ki, əgər onlar obyektiv araşdırma aparmaq istəyirsə, o zaman Azərbaycanın tarixi torpaqlarında – bu gün Ermənistan ərazisi olan Göyçə, Zəngəzurun bir hissəsi, İrəvanda azərbaycanlılara məxsus tarixi irsin, mədəni abidələrin dağıdılmasını, məhv olmasını da fiksə etsinlər.

ir_374-a.jpg (109 KB)

Azərbaycanlılara məxsus xeyli sayda tarixi-mədəni abidələr onların dədə-baba torpağı olan, indiki Ermənistan ərazisi olan torpaqlardadır.
Məsələn, İrəvandakı İrəvan Qala kompleksi, Sərdar sarayı, Göy məscid, Abbas Mirzə məscidi, Təpəbaşı məscidi, bir neçə karvansara, İrəvan bazarı, Xan sarayı, Zəngəzurdakı (Sünik ərazisi) Urud qalası, Urud qəbiristanlığı, Basarkeçərdə, Ağkilsədə Aşıq Ələsgərin qəbirüstü abidəsi, Ağbulaq qəbiristanlıqları və məscidi, Mehridə Buğakar piri, Böyük Qarakilsə kəndində Saral qəbiristanlığı, Ağbaba kəndində Güllübulaq qəbiristanlığı, Zəngibasar (Masis) mahalında Ağadədə qəbiristanlığı, Ağudi abidəsi...

Без названия (2).jpg (6 KB)


Tarixçilər bildirir ki, Qərbi Zəngəzurun Qarakilsə (Sisyan) bölgəsinin hər daş-qayasında, hər qarış torpağında, hər dağ-dərəsində bir tariximiz yatır...

Без названия (1).jpg (9 KB)
Azərbaycan UNESCO-nun Ermənistana da araşdırıcı missiya göndərməsinə nail olur. Bu da ciddi bir uğurdur.

                      ***
Bütövlükdə postmüharibə dövründə əldə olunan anlaşmaların, verilən qərarların və aparılan prosesin yaratdığı bir qənaət var: Azərbaycan haqlı və qalib tərəf olaraq, diplomatik müstəvidə də uğurlara imza atır, nailiyyətlərini davam etdirir. Bir zamanlar bəziləri deyirdi ki, Qərb, Avropa 10 noyabr Bəyannaməsini qəbul etməyə, fərqli davranışlar sərgiləyə bilər. Lakin bu iddialar da özünü doğrultmadı, çünki Azərbaycan doğru strategiya quraraq, hədəflərinə doğru irəlilədi və onlara bir-bir çatmaqdadır...
Bəli, müharibədə qələbə çaldıqdan sonra bildirirdik ki, biz diplomatik savaşda da qalib olmalıyıq və olacağıq. Asan başa gələn iş deyil, zaman anlayışı da mövcuddur. Ancaq ortada bir fakt var: Azərbaycanın Müzəffər Prezidenti diplomatik cəbhədə də İkinci Qarabağ Savaşında olduğu kimi çox nizamlı, dəqiq, hesablanmış taktikalar qurub. Nəticələr göz önündədir...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan üçüncü tərəfi danışıqlara qoşmaqla nəticə əldə etməyəcəyini anlayıb - VİDEO
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi