Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63528
az

TƏCİLİ XƏBƏR! İlham Əliyev və Ərdoğan Qazaxıstanla bağlı danışdı

19:4806 Yanvar, 2022
988
SİYASƏT
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarları İlham Əliyev, Kasım-Jomart Tokayev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

"Prezident Ərdoğan Azərbaycan, Qırğızıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə danışıqlar zamanı sabitlik və təhlükəsizliyin region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb. O, qardaş Qazaxıstanın bu problemin öhdəsindən dialoq yolu ilə gələcəyinə əminliyini ifadə edib”, - Türkiyə prezidentinin ofisinin yaydığı bəyanatda deyilir.

Tokayevlə danışıqlar zamanı Ərdoğan qeyd edib ki, o, qardaş və dost Qazaxıstanda baş verən hadisələrin inkişafını diqqətlə izləyir, həlak olanların yaxınlarına başsağlığı verir və yaralıların sağalmasını arzulayır.

Prezident Ərdoğan Qazaxıstanla həmrəy olduğunu bildirib və vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı da Qazaxıstanı dəstəkləyir.

"Lazım gələrsə, Türkiyə istənilən texniki bilik və təcrübə mübadiləsinə hazırdır”, - Ərdoğan qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Pol Biyayı təbrik etdi
Prezident Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı