Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62921
az

Gürcüstanda Saakaşviliyə azadlıq tələbi ilə kütləvi aclıq aksiyası başlayır

00:0722 Dekabr, 2021
217
SİYASƏT
  • A
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) üçüncü prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi aclıq aksiyası elan edib. “Report”un yerli bürosu xəbər verir ki, aksiyaya partiya tərəfdarları könüllülük əsasında qoşulacaqlar. VMHP sədri Nika Meliya deyib ki, aksiya partiyanın baş ofisinin yaxınlığında keçiriləcək. Müxalifətçinin sözlərinə görə, kütləvi aclıq aksiyası sabiq dövlət başçısı azad olunana qədər dayandırılmayacaq. O, aksiyada 300-dən çox şəxsin iştirak edəcəyini vurğulayıb. Partiya qərargahının yaxınlığında aksiya üçün artıq iki çadır qurulub. Bu gün 54 yaşı tamam olan M.Saakaşvilinin minlərlə tərəfdarı Tbilisidə parlament binasının önündə “Mişaya azadlıq!” şüarlı aksiya keçirib. Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Harbinə getdi
Ərdoğan:
Ermənistanı QARIŞDIRACAQ AÇIQLAMA:

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO