Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var+VİDEO

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var+VİDEO

Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ

Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ

XƏBƏR LENTİ

10 May 2024
İyulda Ukraynaya yeni qırıcılar veriləcək
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
Prezident İlham Əliyev Qarabağda: dövlət başçısı Şuşaya qayıdan sakinlərlə görüşdü – CANLI
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər
Yaponiya Rusiyanın strateji qüvvələrinin daim hazır olması ilə bağlı bəyanatı yüksək qiymətləndirib
ABŞ Aİ-ni F-16-nın Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini təxirə salmağa məcbur edir
Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna baxılması üçün son tarixi elan edib
Tbilisidə polis Belqorod sakinini saxlayıb
ABŞ-da şirkət Rusiya uranının idxalına qoyulan qadağaya istisna tələb edəcək
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Rusiyanın Almaniyadakı keçmiş Baş Konsulluğunun kompleksinə hücum olub
Orduda andiçmə mərasimləri keçirildi - VİDEO
BÜTÜN XƏBƏRLƏR
62273
az

Paşinyan uduzur, amma Köçəryana yox

00:1408 Dekabr, 2021
1026
SİYASƏT
  • A

Bazar günü Ermənistanın 9 vilayətindəki 36 icmada yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. İlkin məlumata görə, 36 icmadan yalnız 16-da baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyası səslərin 50% -dən çoxunu qazanıb.

Ermənistanda "Paşinyan erasının sonunun başlanmasından" danışılır. Onun reytinqi, şübhəsiz ki, düşür. Ancaq sual yaranır: Paşinyanın populyarlığının azalması nəyə gətirib çıxaracaq və ya hakimiyyəti ondan kim alacaq?

OXU24.COM turan.az-a istinadən bildirir ki, bütün ölkə miqyasında baş nazirin hamıya məlum bir siyasi rəqibi var - bu, eks-prezident Robert Köçəryandır. Lakin bazar günü demokratik keçirilən seçkilərdə qalib gələnlər - Paşinyanın əleyhdarları Köçəryanın tərəfdarları deyildi.

Birləşdirilmiş Sevan icmasının Ağsaqqallar Şurasına seçkilərdə Sevan şəhərinin hazırkı meri Sarkis Muradyanın rəhbərlik etdiyi partiyalar bloku qələbə qazanıb. Birləşdirilmiş Masis icmasında David Ambarsumyanın komandası qalib gəlib. Kotayk vilayətinin Abovyan icmasında və Paşinyanın nümayəndələrinin uduzduqları digər icmalarda Çiçəklənən Ermənistan Partiyası liderlik edir.

Ümumi tendensiya belədir ki, əksər yerlərdə hakim partiyanın təmsilçiləri üzərində qələbəni parlament müxalifətilə assosiasiya olunmayan yerli elitalar qazanırlar. Yəni, bu qənaət bir daha təsdiqlənir ki, ötən ilin yayında keçirilmiş parlament seçkilərində Ermənistan vətəndaşları Paşinyana ona görə səs veriblər ki, Köçəryan və Sarqsyan qalib gəlməsin, - politoloq Fərhad Məmmədov belə hesab edir.

O, Turan-a müsahibəsində deyib ki, Ermənistan əhalisinin əksəriyyəti hazırkı siyasi elitadan heç kimə etibar etmir, amma "keçmişlər"ə Paşinyandan daha çox nifrət edirlər.  F. Məmmədov aşağıdakı nəticəyə gəlir:

- Paşinyan başa düşür ki, narazılıq artır və nə qədər ki Köçəryan və Sarqsyan var, prosesi idarə edə bilər. Onun üçün təhlükə "keçmiş"lərlə əlaqəsi olmayan şəxslər ətrafında formalaşa biləcək alternativdir.

"Keçmiş" olmayanlar, yəni Köçəryan-Sarqyanla əlaqəsi olmayan müxalifətçilər: prezident Sarkisyan, ombudsman Arman Tatoyan, hüquq müdafiəçisi və keçmiş deputat Edmon Marukyan, milyarder Ruben Vardanyan. Üçüncü qüvvə roluna Qərbpərəst qüvvələr də iddia edəcəklər.

- Yerli seçkilərdə məğlubiyyət tendensiyası Paşinyanın legitimliyini şübhə altına almır. O, parlament seçkilərində qalib gəlib və legitimdir. Amma parlament sistemi fraksiyaların parlamentdə sıx birləşməsini nəzərdə tutur ki, bu da partiya uduzmağa davam edərsə,  laxlaya bilər. Partiyanın parçalanması hakimiyyətdaxili qrupun formalaşması zamanı baş verə bilər (bu qrup Paşinyanın onların gələcəyi üçün təhlükə olduğunu hesab edərsə). Parlamentdə çoxluğu saxlaya biləcək partiyaların liderləri bu yolla gedə bilər.

- Hakim partiyanın məğlubiyyəti hələlik sistemli xarakter daşımır. Kiçik partiyalar və yerli elitalar qalib gəlir. Paşinyan müxalifətin parçalanmasına nail olaraq, bu faktdan öz xeyrinə istifadə edə bilər.

Azərbaycan üçün nəticə ondan ibarətdir ki, Paşinyan qərarları imzalayan lider kimi onların icrasından qaçmasın. Erməni müxalifətçiləri güc yolu ilə hakimiyyəti ələ keçirməyə sövq etməmək üçün Ermənistanda siyasi qeyri - sabitliyin stimullaşdırılması Bakının maraqlarına uyğun deyil, Məmmədov hesab edir.

Lakin Qarabağdan gələn xəbərlər yerli qanunsuz erməni silahlı birləşmələri ilə Azərbaycan ordusu arasında gərginliyin artmasından xəbər verir ki, bu da Ermənistanda daxili siyasi vəziyyətə təsir göstərəcək və Paşinyanın devrilməsi ehtimalını artıracaq. Bu günlərdə Bakı Yerevana on erməni əsiri qaytarsa da, Azərbaycana və Paşinyana qarşı düşmənçilik ritorikası səngimir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO