Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62061
az

Paşinyan Rusiya səfəri ilə bağlı gecə saatlarına qədər iclas keçirdi

19:1603 Dekabr, 2021
1226
SİYASƏT
  • A

Ermənistanda “Vətəndaş müqaviləsi” fraksiyası ölkənin Baş nazirinin müavini Mqer Qriqoryanın Rusiyaya səfərinin nəticələrini müzakirə etmək üçün dünən görüş keçirib.

“Joxovurd” qəzeti xəbər verir ki, görüş gecə saatlarına qədər davam edib. 

Qəzet yazır ki, görüşdə iştirak edənlərdə belə bir təəssürat yaranıb ki, Bakı ilə imzalanacaq daha bir sənəd hazırlanır, lakin bununla bağlı əsaslı müzakirələr aparılmayıb.

Bununla yanaşı, görüşdə əsas olaraq ölkənin Baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan çıxış edib.

“Baş nazirin müavini Mqer Qriqoryanın yaxın vaxtlarda baxılması üçün kommunikasiyaların açılması üzrə komissiyaya təqdim etməsi üçün “bəzi məsələlər üzrə birgə qərarın” qəbul edilməsinin zəruriliyindən danışılıb”, - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, dekabrın 1-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin növbəti görüşü olub. Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisinin yaydığı məlumata görə isə, Üçtərəfli İşçi Qrupunun iclası yaxın günlərdə davam etdiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO