Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61091
az

Azərbaycan və Rusiya hərbçilərinə qumbara atılması terrorizm faktı və təxribatdır

01:1314 Noyabr, 2021
359
  • A

13 noyabr 2021-ci il tarixdə səhər saatlarında Daşaltı kəndində erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta əl qumbarası ilə hücum edib.

Hadisə nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibov və digərləri (cəmi üç nəfər) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən erməni terrorçu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

OXU24.COM Trend-ə istinadən bildirir ki, hərbi ekspert Ruslan İmanquliyev Tqeyd edib ki, bu, tamamilə terrorizm faktı və təxribatdır.

"Xüsusən də dövlət sərhədimizin delimitasiya və demarkasiya edildiyi vaxtda bu cür addımların atılması tərəflərə heç bir fayda verməyəcək. Ona görə də bu cəhdin kimlər tərəfindən törədilməsi və kimlərin bu mövzuda maraqlı olması daha da detallı araşdırılmalıdır" - deyə, o bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynovun sözlərinə görə, Qarabağda erməni terrorçularının təşkilatlanması və terror əməllərini icra etməsi ilə bağlı atılan addımlar bunu göstərir ki, Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir.

"Uzun müddət Azərbaycan tərəfi terrordan əziyyət çəkib və bununla bağlı bütün dünya ictimaiyyətini məlumatlandırıb. Lakin Azərbaycan bu gün də erməni terroruna məruz qalır. Əl qumbarasından istifadə etməklə Azərbaycan hərbi qulluqçularına qarşı terror aktı həyata keçirməklə Ermənistan əsl xislətini bir daha nümayiş etdirdi. Üçtərəfli birgə bəyanatın 4-cü maddəsinin icra olunması mütləq xarakter daşıyır. Rusiya sülhməramlılarının bölgəyə yreləşdirilməsi ilə paralel olaraq Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisini tərk etməlidirlər. Ötən bir il ərzində bu maddənin implementasiyası gerçələşmədi, buna görə də terrorçu birləşmələrin terror əməlləri müşahidə olunur. Terror baş verən ərazidə sülhməramlılar da xidmət edir. Bu addım Rusiya tərəfindən qətiyyətlə pislənməlidir" - deyə, o qeyd edib.

İ.Hüseynov, həmçinin bildirib ki, dəfələrlə ASALA üzvlərinin həbsxanadan erməni diasporasının topladığı ianələr sayəsində buraxılması hadisəsi olub.

"Hətta bu yaxınlarda qatı cinayətkarın - ASALA üzvünün azadlığa buraxılma hadisəsi baş verdi. Buna görə həmin terroru törədən şəxsin sosial şəbəklərdə erməni seqmenti tərəfindən kütləvi şəkildə qəhrəmanlaşdırılması prosesi gedir. Hətta onun ASALA üzvləri ilə bərabər tutulması ilə bağlı çağırışlar da var. Bu ona görə edilir ki, ASALA üzvlərinin azadlığa buraxılması üzrə erməni diasporasının mexanizmi var və bu, həm də korrupsiya əməlləridir. Erməni terrorçuların qanunun ən ali səviyyəsində məsuliyyətə cəlb edilmə prosesi həyata keçirilməlidir. Həmin terrorçuya o qumbaranı verən və terror icra etməsi ilə bağlı göstəriş verən şəxslər də məsuliyyətə cəlb olunmalıdır" - deyə, o vurğulayıb.

Politoloq, eyni zamanda qeyd edib ki, əgər hadisə Azərbaycanın suveren ərazisində baş veribsə, həmin şəxsin cəzalandırılması Azərbaycan qanunvericiliyinə uyğun olmalı və cəzasını Azərbaycan ərazisində çəkməsi təmin olunmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?
Qarabağda vəziyyət tamamilə Bakının xeyirinə dəyişir - Ermənilər qorxu içində

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub