Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6030
az

Paşinyandan gözlənilməz bəyanat: "Əliyevlə bir sıra məsələlərdə razılığa gəldik"

16:4611 Oktyabr, 2018
1038
SİYASƏT
  • A
"Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin formatının dəyişdirilməsi məsələsini qaldırmayıb".

Veteninfo.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu "France 24" telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında davam etməlidir" — deyə Paşinyan qeyd edib.

Erməni baş nazir, eyni zamanda MDB sammitinin kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə və əldə olunan razılaşmalara da toxunub. O vurğulayıb ki, Əliyevlə, yalnız Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini deyil, həm də dinc yolla nizamlanma üçün lazımi atmosferin yaradılması məsələsini də müzakirə ediblər.

"Dinc nizamlanma üçün lazımi atmosfer olmadıqda münaqişənin nizamlanmasından danışmaq olmaz. Biz Azərbaycan – Ermənistan sərhədi və cəbhə xəttində gərginliyin azaldılması üçün bır sıra problemlərlə bağlı razılığa gəldik" — deyə Paşinyan vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhun Bayramov İƏT-in sammitində çıxış etdi
Bayramov Fidanla nələri müzakirə etdi? - YENİLƏNİB - FOTO
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü