Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57418
az

Azərbaycanda 6 vəzifəyə yeni TƏYİNATLAR

15:2710 Avqust, 2021
986
SİYASƏT
  • A

Azərbaycan Cüdo Federasiyasında cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub.

Oxu24.com  xəbər verir ki, Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev cüdo millimizin baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunub.

Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb.

Yeni təyin olunan məşqçilər heyəti isə hər iki komandaya nəzarəti həyata keçirəcək.

Qeyd edək ki, avqustun 2-də Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millinin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib.

Ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Ərdoğan İlham Əliyevə zəng etdi