Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5681
az

Prezident İsmət Qayıbovun oğlunu təltif edib

09:5901 Oktyabr, 2018
1607
  • A
 Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iki gün öncə - sentyabrın 28-də Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Prokurorluğun bir sıra əməkdaşlarını təltif edib.

Müxtəlif orden və medallarla təltif edilənlər arasında Azərbaycanın sabiq Baş prokuroru İsmət Qayıbovun oğlu da var.

Belə ki, hazırda prokurorluq sistemində işləyən İsmayıl İsmət oğlu Qayıbov "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Xatırladaq ki, mərhum Baş prokuror İsmət Qayıbov 1991-ci il noyabrın 20-də Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri zamanı həlak olub. Həmin vaxt Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi üzərində "Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olmuş Azərbaycanın bir çox tanınmış dövlət xadimləri arasında Baş prokuror İsmət Qayıbov da var idi/modern.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi