Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
562
az

Seçkilərdə İlham Əliyevə səs verməyən nazir kimdir?(FOTO)

11:1813 Aprel, 2018
2248
SİYASƏT
  • A
 Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11 aprel Prezident seçkilərində iştirak etməyib.

Unikal.org-un əldə etdiyi məlumata görə,  nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o seçici hüququndan istifadə etməyib.

Məsələ ilə bağlı Unikal.org saytı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyevlə əlaqə saxlayıb.

O, 11 apreldə keçirilən prezident seçkilərində Oqtay Şirəliyevin iştirak etmədiyini təsdiqləyib: "Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədər Səhiyyə nazirini görmədim. O, prezident seçkilərində seçki hüququndan istifadə etməyib”.

Baxmayaraq ki, ölkədə keçirilən prezident seçkilərində Prezident Administrasiyasının nüfuzlu şəxsləri və ayrı-ayrı nazirlər ölkəmizdə keçirilən Prezident seçkilərində iştirak edərək, cənab Prezident İlham Əliyevə səs verdiklərini, onun siyasətini dəstəklədiklərini açıqlamışdılar. Bu da o anlama gəlir ki, nazir Oqtay Şirəliyev seçkilərdə səsvermə hüququndan istifadə etməməklə, həm də Cənab Prezident İlham Əliyevə səs verməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan İlham Əliyevə zəng etdi
Aİ Azərbaycan və Ermənistan arasında imzalanmış protokolu alqışladı
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO