Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55243
az

İran prezidentliyinə azərbaycanlı namizəd - "azəri dili yoxdur" - VİDEO

22:3909 İyun, 2021
3098
SİYASƏT
  • A

İranda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir. 

Dövlət televiziyasında keçirilən debatda İran məhkəmə sisteminin başçısı, prezidentliyə namizəd İbrahim Rəisi ilə milliyyətcə türk namizəd Möhsün Mehrəlizadə arasında yenidən fikir ayrılığı yaranıb.

Oxu24.com xəbər verir ki, İbrahim Rəisinin "azəri dillilər" deməsi Möhsün Mehrəlizadə tərəfindən etirazla qarşılanıb.

"Burada azəri dilli olmayıb, ümumiyyətlə azəri dili yoxdur. Diqqənizə çatdırım ki, sizin dediyiniz azərilər türklərdilər. Şərqi, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan, Həmədan, Xorasan, İsfahan, Şiraz və hətta Xuzistan əyalətində və başqa bölgələrdə yaşayan türkdillilər. Cənab Rəisidən bu məsələdə diqqətli olmasını istəyirəm"-deyə, türk namizəd Mehrəlizadə bildirib.

Qeyd edək ki, bundan öncəki debatda Möhsün Mehrəlizadə və başqa türk namizəd, İranın Mərkəzi Bankının keçmiş başçısı Əbdülnasir Hemməti də Azərbaycan dilində danışıb, dahi şairimiz Məhəmmədhüseyn Şəhriyardan şeir oxuyub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan İlham Əliyevə zəng etdi
Aİ Azərbaycan və Ermənistan arasında imzalanmış protokolu alqışladı
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO