Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54580
az

TƏCİLİ XƏBƏR! Paşınyan İLHAM ƏLİYEVİ və PUTİNİ aldatmağa cəhd edir.

18:1928 May, 2021
1075
  • A

Keçən həftə Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan hökumətin iclası zamanı Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyəti şərh edib. Onun sözlərinə görə, hazırda sərhədin müxtəlif hissələrində Azərbaycan hərbi qüvvələrinin sayı təxminən 500-600 nəfərdir. Paşinyanın dediyi kimi, Azərbaycanla yeni bir sənədin imzalanması mümkündür. “Beynəlxalq tərəfdaşlarla ilkin razılaşmalar əldə edilib və bu qərarlar, razılaşmalar qorunub saxlanıldığı təqdirdə Ermənistanın maraqları 100 faiz təmin olunacaq”, – deyə o bildirib.

KONKRET.az xəbər verir ki, erməni mediasında Paşinyanın hansısa sülh müqaviləsi imzalamağa hazırlığı barədə danışması birmənalı qarşılanmayıb. Şərhlərin birində elə belə də yazılıb: “Nikol diplomatiyadan və hüquqdan uzaq bir siyasətçidir. Baş nazir postunda qalmaqdan ötrü bütün oyunlara gedir. Hətta ondan tələb olunanları düşmənə təslim etsə belə, bunu bacaracaq. Lakin Paşinyandan fərqli olaraq, onun “beynəlxalq” tərəfdaşları olan Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev böyük diplomatik təcrübəyə malikdir. İlham Əliyevin ən azından beynəlxalq hüququ yaxşı başa düşən məsləhətçiləri var.

Ermənistanın baş nazirinin dövlət adından bir şey imzalamaq üçün heç bir səlahiyyəti və hüququ yoxdur, üstəlik 9 noyabr 2020-ci ildə sahib olduğu legitimlik də yoxdur. Paşinyan artıq özündən başqa heç kimi təmsil etmir və imzaladığı hər hansı bir sənəd hətta Putin və Əliyev qarşı tərəfdə olsa da, Ermənistanda qəbul edilə bilməz.

Əslində Rusiya Prezidenti və Azərbaycan Prezidenti çətin vəziyyətdə qalıblar: Paşinyan, onların adından da daxil olmaqla, erkən seçkilərə qədər imzalanması lazım olan sənəd haqqında danışıb. Belə ki, imzalanmanın reallaşması mümkün deyil. Çünki hələ ki, Ermənistan adına bu müqaviləni imzalayacaq səlahiyyətli şəxs yoxdur.

Belə bir açıqlama ilə çıxış etməsi isə bir çox suallar doğurur. Belə ki, seçkilərdə uğur qazanmayacaq siyasi qüvvənin başçısı ilə imzalanan bütün sənədlər etibarsız sayılacağı halda, bu açıqlama nəyə xidmət edir? Görünən odur ki, Paşinyan Rusiya ilə də oyun oynayır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı