Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54520
az

SON DƏQİQƏ! ABŞ-DA  Azərbaycanla bağlı bəyannamə imzaladı

07:5727 May, 2021
1933
SİYASƏT
  • A

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü ilə bağlı 28 May tarixini Respublika Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.

Oxu24.com -un məlumatına görə, bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk dəfə olaraq parlamentli demokratik respublikanın yaradılması qeyd olunub.

Bildirilib ki, dünyada 50 milyon azərbaycanlı yaşayır, 10 milyon azərbaycanlı diasporu təşkil edir və Vaşinqton şəhəri bu icma üçün ilk 10 şəhər arasında yer alır.

Eyni zamanda bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından iyirmi doqquz il keçdiyi bildirilir.

Azərbaycanın ABŞ-ın Cənubi Qafqaz və Xəzər dənizi bölgəsində strateji tərəfdaş olduğu vurğulanaraq hər iki ölkənin qlobal enerji təhlükəsizliyinə və regional sabitliyə, sülhə, firavanlığa dəstəyi diqqətə çatdırılır.

Vurğulanıb ki, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası xüsusilə ölkənin paytaxtında müxtəliflik və fürsət yaratmaq üçün iqtisadi sahədə və insanlar arasında mübadilənin vacibliyini tanıyır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət etdi
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
Prezident Robert Fitsonun şərəfinə nahar verdi

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ