Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54234
az

Paşinyan Rusiyanın sərhədin demarkasiyası barədə təklifini yersiz hesab etdi

23:5519 May, 2021
1157
SİYASƏT
  • A

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın Azərbaycanla sərhədinin demarkasiyası təklifini yersiz hesab edib.

Oxu24.com Trend-ə istinadən bildirir ki, onun sözlərinə görə, sərhəddəki vəziyyətin çətinləşməsi fonunda demarkasiya haqqında danışıqlar "yersiz aparılır".

Qeyd edək ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib:

"İlkin razılaşmaya əsasən Rusiya tərəflərə sərhədin delimitasiyası və demarkasiyasına başlamaqda kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan Birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxardı
Uşakov:
Makron: Fransa Rusiya ilə müharibə aparmır

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR