Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53464
az

Lavrov Bakıya buna görə gəlir - ŞOK SƏBƏB

00:1201 May, 2021
4635
SİYASƏT
  • A

"Lavrovun bu səfəri ABŞ Dövlət katibi Blinkenin Azərbaycan dövlət başçısına zəngindən dərhal sonra elan olundu. Düşünürəm ki, bu, ABŞ-Rusiya münasibətlərindəki qarşıdurmanın nəticəsidir".

Oxu24.com xəbər verir ki, politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov müsahibəsində belə deyib.

- Rusiya Xarici işlər naziri Sergey Lavrov Bakıya hansı təkliflərlə gəlir və ya bu səfərdə məqsəd nədir?

- Hər iki dövlət istəyir ki, onların bu bölgədəki rolu yüksək səviyyədə qalmalıdır. ABŞ hesab edir ki, bundan sonra Minsk qrupu çərçivəsində müəyyən işlər görülməlidir. Blinken də bunu dilə gətirdi. Rusiya da anlayır ki, bölgəni əldən çıxarmamaq üçün öz xarici işlər nazirini bura göndərib, müəyyən məsələləri araşdırmalıdır, öz mövqeyini bildirməlidir.

Əlbəttə, əsas məsələ Azərbaycanın mövqeyidir. Təbii ki, Azərbaycan aparıcı dövlətlərin heç biri ilə olan münasibətlərini pozmaq və korlamaq fikrində deyil. Azərbaycan öz vəzifəsini yerinə yetirib – torpaqlarını işğaldan azad edib. İndi də diplomatik meydanda siyasi oyunlar gedir. Görünür, diplomatik münasibətlərdə müəyyən amillər aktivləşməyə başlayıb. Proseslərin hərbi fazası artıq arxada qalıb. Diplomatik addımlar intensivləşməsi də, aparıcı dövlətlərin burada nümayiş etdirdiyi mövqelərdən irəli gəlir.

- Lavrovun bu səfəri həm də yaxın günlərdə Şuşaya gəlməyi planlaşdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə əlaqəli ola bilərmi?

- Əlaqəsi ola bilər. Təbii ki, Türkiyə və Rusiya bölgədə birgə işləsələr də, monitorinq mərkəzində birgə yer alsalar da, hər iki dövlətin yanaşmaları fərqlidir. Ermənistana daha yaxın olan Rusiyadır, Azərbaycanla qardaş və müttəfiq dövlət olan Türkiyədir. Bəlkə də Lavrov qabaqlayıcı bir addım atmaq istəyir. Buna Ərdoğanın səfəri ərəfəsində Moskvanın mövqeyini daha qabarıq şəkildə bildirmək, Rusiyanın bölgədəki yerini bərkitmək, rolunu yüksək səviyyədə saxlamaq və digər geosiyasi proseslərə nəzarətinin davamı kimi də baxmaq olar. Təbii ki, Azərbaycan bütün bunlara baxmayaraq, öz mövqeyini prinsipial şəkildə bildirir və müdafiə edir. Biz heç vaxt kiminsə, heç bir böyük dövlətin əlaltısı olmamışıq. Eyni zamanda, onlarla münasibətləri yüksək səviyyədə saxlamağa hazırıq. Əlbəttə, bu münasibətlər maraqlarımıza zidd deyilsə... Xüsusən də Rusiyanı nəzərdə tuturam. / Teleqraf.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir - Rumen Radev
Prezident məşhurlarla bağlı sərəncam İMZALADI  -  ADLAR
SON DƏQİQƏ! Prezident sərəncam imzaladı

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO