Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52602
az

Baş nazir bu rayonlarla bağlı SƏRƏNCAM İMZALADI

19:0714 Aprel, 2021
3232
SİYASƏT
  • A

Baş nazir Əli Əsədov “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 aprel tarixli 2560 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.

Oxu24.com -un  məlumatına görə, sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Baş Prokurorluq, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qubadlı Hərbi Prokurorluğunun, Kəlbəcər Hərbi Prokurorluğunun və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə, həmçinin Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Qubadlı Hərbi Prokurorluğunun və Kəlbəcər Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. 

Oxu24.com

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ