Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52390
az

Putinin həmləsi: 100 min əsgər, hücum ƏMRİ... - PARTLAYIŞ SƏSLƏRİ GƏLİR

19:2209 Aprel, 2021
2537
SİYASƏT
  • A

Rusiya prezidenti Vladimir Putin Xəzər dənizindəki döyüş gəmiləri və xilasetmə qayıqlarının Qara dənizə göndərilməsi ilə bağlı göstəriş verib.

Rəsmi açıqlamaya görə, bu addım qış təlimləri üçün atılıb. Bununla yanaşı, tanklar, raketlər, hava hücumundan müdafiə sistemləri və 100 min əsgərdən ibarət qoşun da təlimlərdə iştirak edəcək.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi "CNN International"a açıqlamasında rəsmi Vaşinqtonun Ukraynaya dəstək məqsədilə yaxın həftələr ərzində Qara dənizə hərbi gəmilər göndərməyi planlaşdırdığını söyləyib. Adı açıqlanmayan Pentaqon rəsmisi Rusiyanın Ukraynanın şərq sərhədindəki hərbi qüvvə ehtiyatını artırdığını diqqətlə izlədiklərini qeyd edib.

Onun sözlərinə görə, ABŞ təyyarələri Qara dəniz üzərindəki beynəlxalq hava məkanında kəşfiyyat uçuşları həyata keçirirlər:

"Rusiyanın bu həmləsi əməliyyata başlamaq təəssüratı yaratmır, amma şərtlər dəyişsə, biz cavab verməyə hazır olacağıq".

Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan "Avia.pro" saytı ABŞ hərbi təyyarələrinin Ukraynaya eniş etdiyini, Rusiyanın isə HIMARS taktiki raketlərini bölgəyə gətirdiyini yazıb. Xəbərdə uzaqmənzilli raketlərin Krım və Donbas bölgələrinə nəql edilə biləcəyi iddia edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya XİN başçısı Çinə səfər edəcək

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 23 yaşlı gənc bıçaqlanıb