Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51398
az

Mübariz Mənsimovun azadlığa buraxılması ilə bağlı şok fakt: Bakıdan Ərdoğana məktub göndərilibmiş +ÖZƏL FOTO

20:2027 Mart, 2021
1761
SİYASƏT
  • A

Azərbaycanlı işadamı Mübariz Mənsimovun azadlığa çıxması ilə  bağlı əsl  fakt  üzə  çıxıb.

Oxu24.com-a  Türkiyədə  olan  etibarlı mənbələrdən  daxil  olan  özəl  məlumata  görə,  Mübariz  Mənsimovun  azadlığa  buraxılmasına səbəb   Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı  Allahşükür  Paşazadə imiş. 

Belə ki, Bütün  Qafqazın  Şeyxi  H.A.Paşazadə  işadamı Mübariz  Mənsimovun azadlığa  buraxılması üçün  Türkiyə  Prezidenti  Rəcəb  Tayyip  Ərdoğana  məktub yazıb. Etibarlı  mənbənin  verdiyi  məlumata  görə, Şeyxin Ərdoğana  yazdığı məktubda  onun azadlığa  buraxılmasını  xahiş  etməsi  əks olunub.

“Mübariz Mənsimovun atasının  ağır  xəstə  olmasını,anasının  ahıl  yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını  nəzərə  alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik  ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, deyə Şeyxülislam Hacı Allahşükür Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.

Türkiyədə olan  etibarlı  mənbənin  Oxu24.com  saytına  verdiyi daha bir məlumata  görə, qeyd  olunan  məktubdan  sonra Mübariz  Mənsimov  azadlığa  buraxılıb. Mənbənin bildirdiyinə  görə, Mübariz  Mənsimovun  azadlığa  buraxılmasında  Şeyxin Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında  xüsusi  nüfuza  və  hörmətə  sahib  olmasının  mühüm  rolu  olub.
Qeyd edək ki, sözügedən məktubu  Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.
Yalnız şeyxin deyil, digər nüfuzlu dini rəhbərlərin - Melih Yevdayevin və Feketenin, Arxiyepiskop Aleksandrın məktubu imzalanmasının əsas səbəbi də şübhəsiz ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin yüksək nüfuzu, şeyxə olan yüksək ehtiramdır.

Oxu24.com - un Türkiyədəki etibarlı mənbələrdən əldə etdiyi məktubu  oxuculara təqdim edirik.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ