Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
502
az

Erməni parlamentində fişəngli etiraz - Deputatlar Sarkisyana qarşı çıxdı (VİDEO)

16:0711 Aprel, 2018
1751
SİYASƏT
  • A

 Ermənistan parlamentində “Elk” partiyasından olan müxalifətçi deputatlar özünəməxsus etiraz aksiyası keçiriblər.

Oxu24.com  erməni KİV-nə istinadən xəbər verir ki, deputatlar Ararat Mirzoyan və Lena Nazaryan iclas zamanı fişənglərlə “azadlıq məşəli” yandırıblar. 

Çıxış üçün tribunaya çıxan Mirzoyan ölkə əhalisini partiyaları tərəfindən keçiriləcək, eks-prezident Serj Sarkisyanın baş nazir postuna irəli sürülməsinə etiraz aksiyasında iştirak etməyə çağırıb:

“Serj Sarkisyanın üçüncü müddətə hakimiyyətə gəlişinin qarşısını ala biləcəyimiz, Respublikaçılar partiyasının idarəçiliyinə son verə biləcəyimiz məqam yetişib. Bunun üçün aprelin 13-ü Azadlıq meydanına gəlmək lazımdır”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyandan etiraf: Ermənistan vətəndaşları buna görə ölkəni tərk edirlər
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
Lavrov bu məsələlərə görə Astanaya getdi