Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1531
08.02.2021, 18:55
Rusiyada müxalifət lideri Aleksey Navalnıya ötən həftə kəsilmiş həbs cəzası ona qarşı ötənilki zəhərləmə cəhdindən də radikal addımdır. Navalnını azı iki il yarım həbs etdirməklə Vladimir Putin rejimi özünə daha böyük risklər yaradır. Bunu “Financial Times” qəzetində “R. Politik” siyasi təhlil firmasının qurucusu Tatyana Stanovaya yazıb.
Müəllifin fikrincə, 2013-cü ildə Navalnıya dələduzluq ittihamıyla cinayət işi açılanda Kremlin siyasi komandası anladı ki, uzunmüddətli həbs onu qəhrəmana çevirər. Ona görə də şərti cəza kəsildi. İndi isə oyun qaydaları dəyişib. Anti-Putin fəaliyyəti milli təhlükəsizlik məsələsi hesab olunur, Federal Təhlükəsizlik Xidmətinin başında duranlar tərəfindən idarə olunur.
“2020-ci ilin noyabrında müstəqil sorğular rusiyalıların yalnız 2 faizinin prezident seçkisində Navalnıya səs verməyə hazır olduğunu göstərdi. Yanvarın sonunda bu göstərici 5 faizə qalxdı. Amma həbsi onu ədalətsizliyin qurbanına və Putin üçün ölkə səviyyəsində problemə çevirdi. Prezident seçkisi bir də 2024-cü ilə olacaq, ancaq ilk dəfədir Putin real opponentlə üzləşir. Kreml daha xalq narazılığının öhdəsindən gələrək onu zərərsizləşdirmək iqtidarında deyil”, – məqalədə deyilir.
"Rusiyada yoxsulluğun artması və gəlirlərin azalması Navalnı etirazlarını daha da alovlandırır". Bunu da “Financial Times” başqa bir məqaləsində yazır.
“Artımda durğunluq, sərmayədə iflas, hökumətin xərclərdə qənaətə getməsi fonunda rusiyalıların real gəlirləri son yeddi ilin beşində azalıb, ötən il 3.4 faiz azalma qeydə alınıb. 2020-ci ildə ortabab rusiyalının gəliri onu 2013-cü ilə nisbətən 11 faiz az xərcləməyə vadar edib”, – məqalədə deyilir.
“Bıçaq həqiqətən də sümüyə dirənib... Həlledici an yetişib. Rusiya qalası strategiyasının bədəli budur”, – Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçı müavini Elina Ribakova deyib.
“The New York Times” qəzeti isə Navalnını cəzaçəkmə müssəsində nə gözlədiyini araşdırıb. Həbsxanalarda şərait elə də yaxşı ad çıxarmayıb, amma siyasi məhbuslara hörmətlə yanaşıldığı bildirilir.
“Şərait ağırdır. Böyük bir otaqda 40-80 məhbus qalır. Vəziyyət dözülməz həddə çata bilər”, – parlamentin keçmiş üzvü, həbsxana islahatları komitəsində çalışmış Valeri Borşov deyir.
Ancaq bəzi keçmiş siyasi məhbuslar bu sistemdə özlərinə yer tapa biliblər. Aleksandr Marqolin 2014-cü ildə hökumətə qarşı etirazlardakı roluna görə həbs olunub. O deyir ki, özünü aqressiv məhbus yoldaşından qorumaq üçün kriminal “avtoritet”dən kömək istəyib. Kömək dərhal gəlib. Axı, o, etirazda polis əməkdaşına hücuma görə məhkum olunub.Rusiyada beş il həbs cəzası çəkmiş ukraynalı kinorejissor Oleq Şentsov isə qətl törətməkdə təqsirli bilinmiş məhbusların ona hörmətlə yanaşdığını söyləyib.
“Onlar psixopat deyildilər. İçib baltayla arvadlarını öldürmüşdülər. Amma həbsxanada hər şey başqa cür görünür”, – Şentsov məişət zorakılığına görə həbs olunanlar şəxslər haqda belə deyib.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.