Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48160
az

Koçaryan Moskvaya bu səbəbə görə getdi - Biz nəyi gözdən qaçırırıq? - ƏTRAFLI

18:5704 Fevral, 2021
1684
SİYASƏT
  • A

Yanvarın 30-da Ağdam rayonunun Qiyamədinli kəndi ərazisində çoxdan gözlədiyimiz Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Üç gün sonra isə Ermənistanın “9K33 Osa”, “9K35 Strela-10” özüyeriyən zenit raket kompleksləri və “9K38 İqla” zenit-raket kompleksindən ibarət sistemlərini Xankəndidən çıxararaq Gorus şəhərinə aparması haqda xəbərlər yayıldı.

Bu iki hadisənin bir-birini izləməsi çox əlamətdar oldu. Ermənistan zenit raket kompleksinin fevralın 2-də Qarabağ ərazisindən çıxarılmasının bu tarixə təsadüf etməsini bəzi ekspertlər Birgə Monitorinq Mərkəzinin ilk və böyük uğuru kimi dəyərləndirirlər. Əslində, bu iddialarda böyük məntiq var. Çünki erməni silahlı birləşmələri noyabrın 10-dan sonra da əllərini-qollarını sallaya-sallaya Qarabağda gəzirlər. Fevralın 2-də zenit-raket kompleksinin Xankəndindən Gorusa daşınması onu göstərdi ki, türk hərbçilərinin Qarabağa gəlişi rus hərbçilərini fakt qarşısında qoyub. Ona görə də ruslar məcburən müəyyən addımlar atırlar. Yəqin ki, növbəti addım silahlı ermənilərin Azərbaycan torpaqlarından çıxarılması olacaq. İnşallah!..

Qəribə burasıdır ki, son 3 gündə erməni mətbuatı zenit raket kompleksinin Qarabağdan çıxarılması barədə bir kəlmə də yazmır. Əksinə yeni müharibə çağırışları davam edir. Qarabağdakı separatçıların liderlərindən biri Vitali Balasanyan isə dünən həyasızcasına deyir ki, “Biz yeni ordu quruculuğuna başlayacağıq. Və muzdlulardan ibarət müasir ordu formalaşdıracağıq”.

Balasanyan kimi gədə-güdənin bu tip təxribatçı çıxışları əslində boğulmaqda olan insanın (onu insan saymaq mümkünsə) son çırpıntılarını xatırladır. Çünki ölüm qorxusu yaxınlaşdıqca, insan daha çılğın olur. Eynən Balasanyan kimi…

Balasanyanın çıxışı əslində ictimai diqqəti əsas məsələdən yayındırmaqdır. Əsas məsələ isə odur ki, Prezident İlham Əliyev demiş “Artıq Dağlıq Qarabağ problemi adlı bir məhfum yoxdur.Bunlar hamısı 2020-ci ildə qaldı”. Yəni, hər şey bitdi. Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Yuxarı Qarabağdakı ermənilər isə yalnız Azərbaycan qanunları ilə yaşamaq istəsələr, burda qala biləcəklər. Əks təqdirdə Bakı anti-terror  əməliyyatı keçirib bütün separatçıları süpürüb, Gorusdan o tərəfə atacaq.

Amma neyliyəsən ki, erməni millətçiləri hələ də xam xəyallar qurur, xalqın başının altına yastıq qoymaq istəyir. Yenə deyirəm, Xankəndidəki hərbi bazanın çıxarılması böyük hadisədir. Baxmayaraq, Azərbaycanın dilotu yeyən deputatları, politoloqları və ekspertləri nədənsə bu fakt barədə danışmırlar. Əksinə, ermənilərin üçüncü Qarabağ müharibəsinə hazırlaşdıqlarını konteksdən çıxarırlar. Bu da onların daha çox populist olmasının göstəricisidir. Bu cür ekspertlər, politoloqlar və hər şeyi bilən deputatlar əslində sadəcə diletantdırlar. Onlar nəyi isə aydınlaşdırmaq, nəyi isə öyrətməkdən daha çox nə iləsə gündəm yaratmaq barədə düşünürlər. Açığı bu cür diletantlar İrəvanda daha çoxdur. Və onlar yenə də Njde fəlsəfəsinə söykənərək “hər məğlubiyyətdən sonra döyüşçü ruhlarını qəlblərinə taxırlar”. Amma içdən-içdən qorxurlar da.

Ermənilər elə düşünürdülər ki, sülhməramlılar Qarabağa onları qorumaq və gələcəkdə Azərbaycana qarşı vuruşmaq üçün gəliblər. Və üç aydır ki, tutuquşu kimi deyirlər ki, “Dağlıq Qarabağ ən pis halda Rusiyanın tabeçiliyinə keçəcək, Qarabağ ermənilərinə rus pasportu veriləcək”. Amma nəticədə nə oldu? Erməni hərbi bazası Xankəndidən qovuldu…

Dünən Robert Koçaryan Moskvaya getdi. Erməni mətbuatı bunu geniş şəkildə təbliğ etdi. Bizim mətbuat da bir qədər həyəcan yaşadı ki, görəsən, Koçaryan Moskvaya nəyə görə gedir? Mən qətiyyətlə deyirəm: Koçaryan Moskvaya bu səbəbə görə getdi ki, Kremldəki dostlarından öyrənsin ki, Qarabağdakı hərbi baza niyə çıxarıldı? Çünki bu sualın cavabı ermənilər üçün çox vacibdir. Yəni radikal millətçilər Moskvanın onlara dost, yoxsa düşmən olduğunu dəqiqləşdirmək istəyirlər. Bunu isə Kremlə ən yaxın adam öyrənə bilər. O da ki, Robertdir.

Doğrudur, istər erməni, istərsə də bizim bəzi mətbuat yazır ki, guya Koçaryan Moskvaya sövdələşməyə gedir. Və Moskvadan qayıdandan sonra o aktiv siyasətə keçəcək və yenidən ölkə başçısı postu üçün mübarizəyə başlayacaq. Bunlar hamısı ehtimaldır. Və heç bir əsası yoxdur. Nəzərə almaq lazımdır ki, Koçaryan siyasi lider kimi tükənib. O, acından günorta qalxan və rəqibdən ağır məğlubiyyət alan erməni xalqına yeni heç nə vermək iqtidarında deyil. Üstəlik, Koçaryanın sosial dayaqları yoxdur. Tək bir faktı deyim ki, Koçaryan hətta keçmiş dostu, sabiq prezident Serj Sarkisyanla belə küsülüdür. Belə birisinin hakimiyyətə gəlmə ehtimalı sıfıra bərabərdir.
Ümumiyyətlə, hazırda Ermənistanda xalqı arxasınca apara biləcək lider yoxdur. 3-4 ay qabaq 17( !) erməni partiyası birləşərək Baş nazir postuna güc-bəla bir namizəd tapdılar. Bu da 75 yaşlı millətçi Vazgen Manukyan idi. Amma hadisələrin inkişafı göstərdi ki, Manukyanda elektoratı cəlb edəcək heç nə yoxdur. Və bu yaxınlarda “Mənim addımım” fraksiyasının “səni həbs edə bilərik” hədəsindən sonra Manukyan itkin düşüb. Yerdə qalan iddiaçılardan Marukyan da, Minasyan da, Koçaryan da, Vanetsyan da siyasi oyunlardan yorulub, bezmiş xalq üçün maraqlı deyil. Bu gün erməni xalqına heç olmasa həqiqəti söyləyən bir rəhbər lazımdır. Belə bir lider isə hələlik Nikol Paşinyandır. Paşinyan digərləri kimi avantürist və radikal deyil. Az-çox reallıqları qiymətləndirmək bacarığına malikdir. O da, ermənilərə deyir ki, “İndiki vaxtda revanşist iddialardan əl çəkib, ölkəni siyasi-iqtisadi böhrandan çıxarmaq lazımdır”. Paşinyan dolayısı ilə xalqa demək istəyir ki, Qarabağı itirdik, heç olmasa Ermanıstanı xilas edək…

Pis cəhətlərdən biri də odur ki, ermənilərin bir çoxu Qarabağın əbədiyyən itirildiyini boyunlarına almaq istəmirlər. Sanki bundan qorxurlar. Amma “qorxunun əcələ faydası yoxdur”. Düzdür, müəyyən etiraflar səslənir. Məsələn, ötən həftə Koçaryan “Politik.am” nəşrinə müsahibəsində qorxa-qorxa deyir ki, “bu gedişlə biz Qarabağın status məsələsini unutmalı olacağıq”.

Ümumilikdə götürəndə bütün erməni siyasətçilərini bir kompleks birləşdirir. Bu adamlar nəyisə etiraf etməkdən çox qorxurlar. Ən əsası İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəblərini ölkənin kasıb iqtisadiyyatı, ordunun zəif texniki təchizatı, vahid komandanlığın olmaması və digər səbəblərlə yox, xarici faktorlarla bağlayırlar. Bu da ondan irəli gəlir ki, ermənilər tarix boyu müstəqil şəkildə hansısa müharibədə iştirak etməyiblər. Onlar ancaq güclü dövlətlərin tülkü kimi yanına sığınaraq məqsədlərinı çatmaq üçün fürsət gözləyiblər.

Mən erməni mətbuatını diqqətlə izləyirəm. Hər gün müxtəlif səviyyəli 1-2 erməni mütəxəssis 2020-ci ildəki fəlakətli məğlubiyyətlərinin səbəbi barədə mətbuatda fikirlərini bölüşür. Ötən 3 ay ərzində mən bütöv bir cəfəngiyyat dastanını oxudum. Ermənilər məğlubiyyətlərinin ilkin səbəbi kimi muzdluları göstərdilər. Guya ermənilərə qarşı azərbaycanlılar deyil, xarici muzdlular vuruşub. Bu böhtan işə yaramadığı təqdirdə Türkiyə variantının üstündə dayandılar: “Ermənistan Türkiyə ilə vuruşdu”.

Bu cəfəngiyyat fikir bu gün də dillərdən düşmür. Xatırladıram: Heç bir müharibədə muzdlular kimlərəsə qələbə gətirməyib. Ən yeni tariximizdəki İraq və Suriyadakı prosesləri yada salsaq, məncə  kifayətdir. Müharibədəki məğlubiyyətin hər zaman bir səbəbi olub –XƏYANƏT. Xəyanət, olmasa heç bir lider ölkəni zorla məğlubiyyətə apara bilməz. Ona görə də ermənilər günahkarı ölkə xaricində deyil, daxildə axtarmalıdırlar. Necə ki, 1990-cı illərdəki məğlubiyyətlərin səbəblərini müzakirə edən Azərbaycan cəmiyyəti hər zaman günahkarı daxildə axtarıb. Çünki bütün məğlubiyyətlərin başında xəyanət durur.

Əslində, ermənilər də xəyanətin olduğunu deyirlər. Amma bu xəyanətkar erməni cəmiyyətində deyil, xaricdə axtarılır. Tez-tez Rusiya, ABŞ və bir çox Avropa dövlətlərinin 44 günlük müharibədə ermənilərə xəyanət etməsi fikri ilə rastlaşırıq. Bu isə absurdur. Çünki “qonşuya ümid olan gecə şamsız qalar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO
Paşinyan müxalifətin tələbinə CAVAB VERMƏDİ - 20 dəqiqədən sonra...
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO