Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47805
az

TƏCILI XƏBƏR! Rusiya, Azərbaycan və Ermənistan bir sıra məsələlər barədə razılığa gəlib

23:2330 Yanvar, 2021
7053
SİYASƏT
  • A
Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupun iclasında tərəflər ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, işçi qrupun iclasının yekunu ilə bağlı tərəflər dəmir yolu, avtomobil və kombinə edilmiş daşınmalarla bağlı, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsi məsələləri bağlı razılığa gəliblər. Tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 Fevral 2021-ci ilə qədər tamamlamağa və ilk görüşlərini 5 Fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar. Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq. Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərin ibarət İşçi Qrupun ilk iclası keçirilib. İclasda Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoriyan iştirak ediblər. Üçtərəfli işçi qrupun ilk iclasında Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu bəndinin icrasından irəli gələn birgə əsas işin istiqamətləri, habelə 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərinə baxılıb. Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərara alınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir - Rumen Radev
Prezident məşhurlarla bağlı sərəncam İMZALADI  -  ADLAR
SON DƏQİQƏ! Prezident sərəncam imzaladı

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub