Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47417
az

SON DƏQİQƏ! Rusiya yeni qərar qəbul etdi: Azərbaycan üçün də nəticəsi olacaq

14:1726 Yanvar, 2021
3141
  • A

Rusiya mart ayının 1-dən taxıla ixrac rüsumunu 2 dəfə artıracaq. 

Oxu24.com  xəbər verir ki, Rusiya hökuməti taxıl ixracına kvota tətbiq edib.

İxracat kvotasına görə, bu il martın birindən 1 ton buğdanın rüsumu 50 avro olacaq. Həmçinin qarğıdalı (ton başına 25 avro) və arpa (ton üçün 10 avro) rüsumları tətbiq olunacaq. 

Azərbaycan taxıla olan tələbatını əsasən Rusiya və Qazaxıstan hesabına ödəyir. Bu baxımdan Rusiya hökumətinin martın 1-dən tətbiq edəcəyi ixracat rüsumları Azərbaycanda taxılın qiymətinin artmasına gətirib çıxaracaq. 

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 1 milyon 867,3 min ton buğda yığılıb. Yəni, keçən il buğda istehsalı 304,2 min ton və ya 14% azalıb. Bu, əkin sahələrində (ümumilikdə 588,4 min hektar) 12,2%, məhsuldarlıqda (31,7 sentner / ha) 2,2% azalma ilə müşayiət olunub. (qaynarinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Lukaşenkoya     zəng     etdi
“İrana gedib oğlumun qatilinin edamında iştirak edəcəyəm”
Makronun reytinqləri rekord səviyyəyə enir