Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ

Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ

Bakıda bu ərazi plana düşdü  — Evlər və obyektlər söküləcək (VİDEO)

Bakıda bu ərazi plana düşdü  — Evlər və obyektlər söküləcək (VİDEO)

SON DƏQİQƏ! Baş Prokurorluq xəbərdarlıq etdi

SON DƏQİQƏ! Baş Prokurorluq xəbərdarlıq etdi

XƏBƏR LENTİ

10 May 2024
Prezident Füzuliyə getdi - FOTOLAR
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolundakı birinci tunelin açılışında - FOTOLAR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA
Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ
Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələri vurulub
Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR
Polis Bakıda narkoplantasiya aşkarladı - VİDEO
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb
Mehriban Əliyeva Heydər Əliyevin 101 illiyi münasibətilə paylaşım etdi - FOTO
BÜTÜN XƏBƏRLƏR
45868
az

Nəcməddin Sadıkovun yerinə o gətirilir?

12:1005 Yanvar, 2021
38892
SİYASƏT
  • A
Son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun gözdən itməsi bəzi söz-söhbətlərin yayılmasına səbəb olub. Bir çoxları general-polkovnikin Rusiyaya işlədiyi və məxfi məlumatları Moskvaya ötürdüyü üçün cəzalandırıldığını bildirsə də, hələ ki, bu iddia rəsmən təsdiqlənməyib. N.Sadıkovun vəzifəsindən qovulması barədə də Prezident Sərəncamı yoxdur. Baxmayaraq ki, onun adı Müdafiə Nazirliyinin rəsmi saytından silinib. Məhz bu arquçmentdən çıxış edən müşahidəçilər Nəcməddin Sadıkovun qələminin artıq qırıldığını və yerinə hətta yeni birinin təyin olunduğunu düşünürlər. Oxu24.com bildirir ki, Ovqat.com-un Ordudakı mənbələrdən əldə etdiyi məlumatlar bu versiyaları təsdiqləyir. İddiaya görə, Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargahının yeri rəisi vəzifəsi Kərəm Mustafayevə həvalə oluna bilər. Qeyd edək ki, 58 yaşlı Kərəm Mustafayev hazırda Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanıdır. 1962-ci ilin 1 iyul tarxində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Kərəm Mustafayev 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Hərbi xidmətə 1983-ci ildə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri kimi başlayan Kərəm Mustafayev SSRİ dağılana qədər müxtəlif hərbi hissələrdə baş bölük komandiri və tabor komandiri vəzifələrinə qədər yüksəlib. Hərbçinin ulduzu SSRİ-nin dağılmasıyla parlayıb. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri kimi işə başlayan zabit qısa müddət ərzində Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrinə qədər yüksəlib. 14.05.2014-cü il tarixdə isə o, indiyədək hərbi karyerinin ən yüksək pilləsinə çıxmağı bacarıb: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub. Xatırladaq ki, ermənilərin ötən ilin iyul ayından başlayaraq Azərbaycana hücumları zamanı Türkiyə Milli Müdafiə Nazirliyinin ən sıx əlaqə saxladığı general Kərəm Mustafayev idi. İyulun 12-də ermənilərin Tovuz rayonuna hücumları bitəndən dərhal sonra Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Naxçıvana səfər etmiş və iyulun 17-də Kərəm Mustafayevlə görüşmüşdü. II Qarabağ döyüşlərində Naxçıvan xüsusitəyinatlılarının xüsusilə fərqlənməsi də bu mənada təsadüfi sayılmır. İddialara görə, Türkiyə Silahlı Qüvvələri Azərbaycandakı 5-ci kolona bağlı generallardan çox Naxçıvandakı Əlahiddə Orduya önəm vermiş və müasir hərbi nizam-intizama uyğun komando yetişdirilməsini kiçik torpaqda həyata keçirmişdi. Kərəm Mustafayevin də bu işdə Türkiyə Silahlı Qüvvələrinə böyük dəstəyi olmuşdu. Təsadüfi deyil ki, II Qarabağ döyüşləri ərəfəsində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov "itkin düşdükdən” sonra Ankara ilə bir sıra önəmli görüşləri Kərəm Mustafayev aparmışdı. II Qarabağ müharibəsi bitdikdən sonra dekabrın 24-də Kərəm Mustafayevin Ankaraya səfər etməsi və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülərlə başa-baş görüşməsi də ona göstərilən böyük etimaddan xəbər verir. Bununla belə, Kərəm Mustafayevin Naxçıvandan Bakıya transfer edilməsinin Muxtar Respublikaya zərəri olacağını düşünənlər də az deyil. Çünki Muxtar Respublikada "xan” iradəsinə tabe olmayan yeganə rəsmi şəxsin Kərəm Mustafayev olduğu bəllidir. Məhz Kərəm müəllimin səyi nəticəsində Naxçıvan tam "xanlıqlaşdırılmayıb”. Əlahiddə Ordu Naxçıvanda xanlıq rejimi qarşısında yeganə əngəl kimi dayanıb və dayanmaqdadır. İndisə Kərəm Mustafayevin SQ-nin Baş Qərargan rəisi vəzifəsinə gətirilməsi Muxtar Respublikada "xan” rejimini gücləndirə bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Füzuliyə getdi - FOTOLAR
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA