Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45120
az

Qafqazda yeni MÜHARİBƏ TƏHLÜKƏSİ - ABŞ və Rusiya üz-üzə...

18:5325 Dekabr, 2020
2509
  • A

“ABŞ və Rusiya arasında gərginlik dünyada beynəlxalq tarazlığın qorunması üçün önəmlidir. Biz Azərbaycan və dünya maraqları nöqteyi nəzərdən məsələyə baxsaq, görərik ki, Rusiyanın və ya ABŞ-ın dünyadaki hegemonluğu digər dövlətlərin müstəqilliyi və suverenliyi üçün təhdid təşkil edir”.

Bu sözləri Redaktor.az-a politoloq Zaur Məmmədov ABŞ-Rusiya arasında olan gərginlik haqqında danışarkən deyib. O, iki ölkə arasındakı münasibətin regionda siyasi balansın qorunması üçün vacib amillərdən olduğunu bildirib:

“Donlad Tramp dövründə Şərqi Avropada ABŞ-ın hərbi varlığının bir qədər də gücləndiyinin şahidi olduq. Nəticə etibari ilə Baltikyanı ölkələrdə ABŞ varlığının güclənməsi, Qara Dənizdə NATO-nun da güclənməsinə səbəb oldu. Cənub və Cənub-Şərq hüdudları istiqamətlərində isə Rusiya öz gücünü artırdı. Əlbəttə ki, iki ölkənin müxtəlif istiqamətlərdə güclənməsi bir-birini çox narahat edir. Bu narahtlıq ölkələr arası gərginliyə səbəb olur”.

Politoloq Cənubi Qafqazda ABŞ - Rusiya toqquşmasının yaşanma ehtimalının olduğunu bildirib:

“Cənubi Qafqzazda ABŞ - Rusiya toqquşması kifafəyət qədər ciddi bir məsələdir. Artıq Şərqi Avropadan sonra növbə Cənubi Qafqazındır. ABŞ-ın Rusiya sülhməramlılarının Qarabağa yerəşdirilməsi ilə bağlı neqativ fikirləri də onu göstərir ki, Bayden hakimiyyətə gəldikdən sonra Cənubi Qafqazla bağlı prinsipial mövqeyini nümayiş etdirəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada xaricə pul köçürmələrlə bağlı da limit qoyuldu
Ukrayna DİN rus əsirlərin geri qaytarılma şərtini açıqladı: “Anaları gəlsin…”
XARKOVA HÜCUM DƏF EDİLDİ - Ruslar şəhərdə mülki obyektləri bombalayır + VİDEOLAR (Yenilənib)