Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44195
az

"Bu isə Rusiyayanın regionda olan maraqlarına uyğun deyil" - Müsahibə

20:0614 Dekabr, 2020
526
SİYASƏT
  • A

Milli Məclisin deputatı Ülvi Quliyev Unikal.org-a müsahibə verib.

Ü.Quliyev müsahibədə Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətindən danışıb.

-Rusiya sülhməramlıları tərəfindən 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda müəyyən edilmiş hüdudlardan kənara çıxan yeni xəritənin hazırlanaraq dövriyyəyə buraxılması cəmiyyətimizin ciddi etirazına səbəb olub.  Necə düşünürsünüz, bu, Rusiya sülhməramlılarının komandanlığının öz təşəbbüsüdür, yoxsa Kremlin mövqeyidir?

- Əvvəla,cəmiyyətimiz etirazında haqlıdır. Bu təşəbbüsün yalnız Rusiya sülhməramlılarının hərbi komandanlığı ilə bağlı olması az inandırıcıdır. Düşünürəm ki, Moskvadan idarə olunan prosesi müşahidə edirik. Bunun arxasında Rusiyadan kimin, yaxud hansı siyasi dairənin dayandığının dəqiqləşdirilməsinə ehtiyac var. Hər bir halda bu cür təşəbbüslər regionda davamlı sülhün bərqərar olmasına xidmət etmir, sülhməramlı missiyanın adına və təyinatına kölgə salmaq ücün zəmin yaradır.

-Bəs Rusiya öz sülhməramlı qüvvələrinin fəaliyyətini hansı səbəbdən sual altında qoyur?

-Müxtəlif ehtimallar irəli sürmək olar.Onların bir çoxu ekspert və politoloqlarımız,siyasi partiya rəhbərləri və həmkarlarım tərəfindən artıq səsləndirilib.Şəxsi qənaətim belədir ki,Vətən müharibəsinin elə ilk günlərindən Rusiya Prezidenti  Vladimir Putinin tutduğu mövqe bu ölkənin siyasi elitasında təmsil olunan qüvvələr tərəfindən birmənalı qarşılanmırdı.Bəzən onun da şahidi olurduq ki,Kremlin rəsmi mövqeyi ilə Rusiyanın informasiya məkanında aparılan təbliğat,ən azından üzdə üst-üstə düşmürdü.Təbii ki,bu, çoxlarında təəccüb doğururdu. İndi də belə bir oyunun,yaxud prosesin şahidiyik ya yox, bunu yaxın günlərdə biləcəyik.Amma Moskvada bu oyunun və ya prosesin arxasında kimin yaxud hansı lokal qüvvənin dayanmasından asılı olmayaraq,orada bilməlidirlər ki, Rusiya bu dəfə də öz fəaliyyətinə belə təşəbbüslərlə kölgə salmaq yolunu davam etdirəcəksə, cəmiyyətimizdəki etirazların daha da artmasına səbəb olacaq. Onsuz da yaxın tarixi keçmişimizdə Rusiyanın iştirakı ilə baş verənlər cəmiyyətimizdə ona olan inamı tarıma çəkib. Tarımın çəkilmə həddi qırılma nöqtəsinədək davam edə bilir.Bu isə Rusiyayanın regionda olan maraqlarına uyğun deyil.

 - Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl geniş müsahibə vermişdi. Açıq şəkildə bildirmişdi ki, Rusiya ilə Ermənistanı tarixi  və dini tellər bağlayır.Bəlkə cəmiyyətimizin narahatlığına səbəb olan  təkcə xəritə oyunu deyil, həm də  bu cür açıqlamalardır?

-Cənab Putin həqiqəti deyib.Əslində,onun bu açıqlamasında təəccüblü heç nə yoxdur.Ermənistan bir dövlət olaraq mövcudluğuna görə  Rusiyaya borcludur. Dini yaxınlıqları da faktdır. Lakin o da faktdır ki,Rusiyaya Ermənistandan qat-qat yaxın olan Ukrayna və Belarus kimi dövlətlər də var.Onlar slavyan qardaşlarıdır,eyni dini paylaşırlar.Lakin Rusiya-Ukrayna münasibətlərinə baxdıqda görürük ki,bəzən tarixi və dini bağlar da qardaş ölkələri bir-birilərinə qarşı yanlış qərar və addımlardan sığortalamır.

- Xalqımız 1990-cı ilin yanvarını,366-cı alayın iştirak etdiyi Xocalı soyqrımını unutmayıb və unutmayacaq. Yəqin ki,xəritə və Rusiya sülhməramlıları ilə bağlı ifadə olunan narahatlıq həm də yaddaşımızdan qaynaqlanır. Razısınızmı?

-Dövlətimizin başçısının dekabrın 1-də xalqımıza etdiyi müraciətini xatırlatmaq tam yerinə düşür.Həmin müraciətdə bir çox məqamlara aydınlıq gətirilmişdi. Prezidentimiz Ermənistan ordusunun məhv edilmiş hərbi texnikası barədə müfəssəl məlumat verdi.Bu siyahı ordumuzun hansı hərbi potensialla üz-üzə dayandığını əks etdirirdi.Cənab Prezident siyahını təqdim edərkən bir məqama xüsusi diqqət çəkdi:”Tank-287-si məhv edilib,79-u qənimət götürülüb,toplam 366 tank”. Prezident bu uzun siyahıda toplam ifadəsini yalnız bir yerdə işlətdi və o da 366-ya bərabər idi...    

Dünyada çox az dövlət tapılar ki,onun ərazisində bu cür münaqişələri yaratmaq mümkün olmasın.Ermənistan kimi monoetnik cəmiyyətləri çıxmaq şərti ilə.O isə tarixən de-fakto müstəqil ola bilməyib və indi də bunu bacarmır. Dünya dövlətlərinin,o cümlədən böyük güclərin mütləq əksəriyyəti,nə yaxşı ki, monoetnik deyil. Beynəlxalq hüquqa zidd olan presedentlərin yayılması onların da dövlətçilik maraqlarına ziddir.Düşünürəm ki,onlar bu cür təhlükələri hesaba alırlar.

- Əgər uydurma xəritələr kimi təhlükələr davam edərsə, buna cavabımız nə olmalıdır?

-Təhlükə və narahatlıqların davamını gözləmək lazım deyil.Vətən müharibəsi imkan verdi ki,qardaş və dost ölkələri tanıyaq, Ermənistanın havadarlarının dairəsini müəyyən edək.Qardaş Türkiyənin iştirakı ilə monitorinq-müşahidə mərkəzləri nə qədər tez fəaliyyətə başlasa, regionda qalıcı sülhün təmin edilməsi üçün bir o qədər faydalı olar.Düşünürəm ki,dost və qardaş dövlətlərlə daha dərin inteqrasiya layihələri önə çıxarılacaq.Bir çox sahələrdə,o cümlədən hərbi əməkdaşlıq müstəvisində.    

Aydındır ki,yerləşdiyimiz bölgədə fərqli dövlətlərin fərqli maraqları var.Bölgəmizin tarixi çətinlikləri çoxdan məlumdur. Nəyi, yaxud kimi isə dəyişdirmək mümkün olmadıqda, yeni tarixi şərtlərin formalaşdırılması zərurəti yaranır.Prezident İlham Əliyevin dekabrın 1-də xalqımıza etdiyi müraciətində söylədiyi  fikirlər məhz bu mənada təsadüfi deyildi: ”Ümid edirəm ki,biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik,yeni əməkdaşlıq formatını təşkil etdik.Bu format nədən ibarət olacaq,bunu həyat göstərər”. Elə bu səbəbdən, tələsik nəticələr çıxarılması və ifrat emosiyalar ziyanlıdır. Eyni zamanda, zəruri addımların gecikməməsində fayda var. Prezidentimizin qeyd etdiyi kimi, həyat özü qərarlarımızı diqtə edir və bundan sonra da edəcək.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi