Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43029
az

Moskva ona sadiq qalan Bakıya xəyanət etdi - Şevçenko

19:0930 Noyabr, 2020
828
SİYASƏT
  • A

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi.

Oxu24.com  xəbər verir ki, bunu tanınmış rusiyalı siyasətçi və ictimai xadim Maksim Şevçenko RTVI telekanalında Tina Kandelakiyə verdiyi müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, Sovet İttifaqı nasist Almaniyasını məhz Bakı neftinin sayəsində məğlub etməyi bacarıb:

“Buna cavab olaraq Rusiya açıq-aşkar Ermənistanı dəstəkləyərək Azərbaycana xəyanət etdi. Rusiya Sovet İttifaqının Bakının neft sahələrinin ehtiyacları üçün tikilmiş nüvə elektrik stansiyasından İrana gizli şəkildə elektrik enerjisi satan ölkəyə dəstək oldu.

Üstəlik, indi ermənilər öz ölkələrini Rusiyanın Qafqazdakı qalası hesab edir. Təsəvvür edirsiniz, tamamilə Rusiyadan asılı olan cılız Ermənistan özünün qala olduğunu bəyan edir. Əslində isə Ermənistan tamamilə Moskvadakı erməni lobbisindən asılıdır”.

Şevçenko onu da vurğulayıb ki, Moskvadakı erməni lobbisi Vladimir Putinin şəxsən bu mövzuda ağlabatan mövqe tutduğu bir vaxtda Rusiya hakimiyyətini Azərbaycana qarşı istiqamətləndirib:

“Lakin Putin həmişə İlham Əliyevlə şəxsi münasibətlərini qoruyub”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan İlham Əliyevə zəng etdi
Aİ Azərbaycan və Ermənistan arasında imzalanmış protokolu alqışladı
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO