Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41928
az

Makron kimi, Paris meriyası da ifşa olunacaq - ŞƏRH

15:1018 Noyabr, 2020
538
SİYASƏT
  • A

“Emmanuel Makronun, Fransanın, Paris meriyasının etdikləri başdan ayağa sərsəmlik, biabırçılıqdır”.

Oxu24.com xəbər verir ki, bunu politoloq Qabil Hüseynli Fransanın Azərbaycana qarşı olan siyasətini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Makron ermənipərəstliyini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxıb: “Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın ermənipərəst mövqeyi vicdanlı adamların hamısında həqarət doğurdu. Necə yəni sən Dağlıq Qarabağda sülhyaratma prosesində iştirak edəcəksən, amma tərəfsiz olmayacaqsan, Ermənistanı aşkar müdafiə edəcəksən?! Bu, beynəlxalq hüquq normalarına tamamilə zidd olan, mənəviyyatsız və əxlaqsız siyasətin təzahürüdür. Bu, bir daha göstərdi ki, Fransa həmsədr olduğu bütün dövrlərdə Azərbaycanın əleyhinə işləyib və Ermənistanın mövqeyini müdafiə edib”.

“Bu bəs deyilmiş kimi, Paris meri Anna İdalqo adlı biri guya Dağlıq Qarabağla diplomatik münasibətlər yaradır. Bilmir ki, meriyanın diplomatik münasibətlər yaratmaq kimi missiyası yoxdur. Bu, yalnız dövlətlərə mənsub olan bir şeydir. Mövcud olmayan qurumla hansı diplomatik münasibətlər yaradacaqsan? Artıq Dağlıq Qarabağ yoxdur. Artıq həmin bölgə Azərbaycanın inzibati vahidlərindən biridir. Həmin inzibati vahidlə nə diplomatik münasibət yaradacaqsan? Bir sözlə, seçki naminə, həm də ermənilərin onlara ötürdükləri müxtəlif pay-püş xatirinə bunlar dəridən-qabıqdan çıxırlar. Özlərini ifşa etmələrinə baxmayaraq, yenə də özlərini o yerə qoymurlar və həmin biabırçı siyasi xətti davam etdirirlər”, - deyə Q.Hüseynli əlavə edib.

Politoloqun fikrincə, Makron kimi, Paris meriyası da ifşa olunacaq: “Bir vaxtlar Mixail Qorbaçov Raisa Maksimovna ilə Dağlıq Qarabağı xəz şubalar hesabına necə müdafiə edirdisə, Fransa da bu gün həmin xətti davam etdirir. Lakin son nəticədə iflasa uğrayacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Azərbaycanla sülh barədə: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”
Putin hökumətin yeni tərkibini təsdiqlədi
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi