Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
409
az

Azərbaycanda nazir müavini öldü - FOTO

12:4409 Aprel, 2018
1503
SİYASƏT
  • A
  

Azərbaycan səhiyyə ictimaiyyətinə ağır itgi üz verib.

Oxu24.com  xəbər verir ki, Respublikanın tanınmış səhiyyə xadimi, səhiyyə nazirinin müavini Vəlibəyov Abbas Soltan oğlu 09.04.2018-ci il tarixində ömrünün 71-ci ilində vəfat edib.

Abbas Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsində təhsil alıb. 1971-1974 ci illərdə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə o cümlədən həkim-inspektor, sanitariya epidemiologiya baş idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb.

1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cu ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi Səhiyyə Nazirinin müavini - Azərbaycan Respublikası Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışırdı.

1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim, Ümumittifaq Epidemioloqlar, mikrobioloqlar və parazitoloqların Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və sanitar həkimlərinin Elmi Cəmiyyətinin İdarə heyətinin üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü idi.

Səmərəli fəaliyyəti ilə respublikamızda səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1980-ci ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə, 2000-ci ildə “Əməkdar həkim” fəxri adı ilə, 2013-cü ildə “Tərəqqi” medalına layiq görülmüşdür. 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediib.

   Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı