Ermənistan baş naziri Nikol Paşinyan bu gün ölkənin birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb.
Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, görüş hökumət iqamətgahında baş tutub.
Məlumata əsasən, görüş zamanı Ter-Petrosyan Ermənistan qarşısında dayanan bir sıra çağırışların aradan qaldırılması üzrə öz mövqeyini açıqlayıb. Görüş zamanı xarici siyasət və Qarabağ münaqişəsinə dair məsələlər də müzakirə olunub.
Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ilk görüş keçirilib.
Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib. Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi razılaşdırılıb. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.
Oxu24.com
ŞƏRHLƏR