Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3706
az

Aprel şəhidi Pəncəli Teymurovun anası Prezidentdən kömək istəyir -

11:2016 İyul, 2018
3234
SİYASƏT
  • A
 

Aprel döyüşləri zamanı xüsusi qəhrəmanlıq göstərib şəhid olan gizir Pəncəli Teymurovun anası mətbuat vasitəsi ilə ölkə rəhbərinə müraciət ünvanlayıb.Oxu24.com həmin müraciəti təqdim edir:

Azərbaycan Respubliksının Prezidenti İ.Əliyev cənablarına.
Astara rayonun Asxanakəran inzibati ərazi vahidinin Əzərüd kənd sakini Ağayeva Vahimə Xeybər qızı tərəfindən

Müraciət!

Möhtərəm Cənab Prezident!
Mən, 2016-cı ilin aprelində Talış yüksəkliyinin alınmasında qəhrəmanlıq göstərərək şəhid olmuş, hələ sağlığında Sizin 24 iyun 2015-ci il tarixli Sərəncamınıza əsasən  “İgidliyə görə“, ölümündən sonra, 19 aprel 2016-cı idə “ Vətən uğrunda “ medalları ilə təltif olunan, öz toyunda özünə Azərbaycan üçün şəhid olnmağı arzulayan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 17 illik kəşfiyyatçısı, bütün xalq tərəfindən əsl qəhrəman kimi qəbul edilən əfsanəvi Pəncəli Teymurovun anasıyam. Sizin kimi dövlət başçısı ilə fəxr etdiyimə görə və Siz hər bir azərbaycanlının Prezidenti olduğunuz üçün bu gün Astyarar rayonunun bütün dağda yaşayan əhalini olduqca narahat edən ağrılı bir məsələ haqqında Sizə müraciət edirəm.
Sizə müraciət etəyimin səbəbi odur ki, hələ 13 aprel 2015-ci ildə Astara rayonunun Taxtanakəran-Toradi yolunun çəkilməsi barədə Sərəncama əsasən yaşadığımız dağ kəndlərinə “Azəravtoyol “ şirkəti tərəfindən 2015-2017-ci illərdə tələm-tələsik və başdansovdu formasında çəkilmiş yol heç bir standarta uyğun deyildir. Yollar tam genişləndirilməmiş, yoxuşlar olduğu kimi təhlükəli formada saxlanılmış, heç bir yerdə dolanbaclar verilməmiş, müdafiə qurğuları düzəldilməmiş, yolun çox hissələrindəı yağış və sel sularının axıdılması üçün kanallar çəkilməmiş, ən başlıcası isə, 26 yolun 13 km-nə asfalt birbaşa palçığın üstünə tökülmüş və bunun nəticəsində hələ də təhvil verilməyən yolun ( Motlayataq- Taxtanakəran hissəsi, 13 km ) asfaltı tamamilə dağılmış, üç çayın üzərində suyu ötürmək məqsədilə quraşdırılmış qurğulaıı sel suları tamamilə dağıtmış və cəmi bir maşının keçə biləcəyi bir xətt qalmışdır. Bütün bunların səbəbkarı isə soyadını bimədiyimiz Əmir adlı iş icraçısıdır. O, demək olar ki, işlədiyi müddətdə ictimaiyyətin nümayəndələrinə heç əhəmiyyət verməmiş, verimiş tövsiyələri qulaqardına vurmuş , ancaq istədiyini , bildiyini etmişdir. Yolun 13 km hissəsində asfaltın altına, ümumiyyətlə çınqıl döşənməmiş, nəticədə, yol hələ də dövlətə təhvil verilməsə də, artıq 13 km məsafədə afalt döşənmiş yol dağılmış partlamış, və yağış, sel suları yolun partlayan yerləri ilə yanaşı bütün hissələrini də dözülməz vəziyyətə salmışdır.
Çox insanlar mənə sual edə bilər ki, bütün bunlar sənin nəyinə lazımdır? Amma, mən onu düşünürəm ki, Sovet hökuməti bütün mövcudluğu ərzində dağlarda yaşayan Astara əhalisi üçün heç nə etməmişdi, bizi insan yerinə qoymamışdılar, camaat əzab-əziyyətlə yaşayırdı. Yolun olmaması üzündən neçə xəstəmizi rayona çatdıra bilmədiyimiz üçün yollarda vəfat etmişdilər. Amma Siz müdrik rəhbər olaraq bu böyük layihənin müəllifi oldunuz , sərəncam verdiniz və yolun çəkilməsi üçün 12 milyon manat ayırdınız. Lakin, həmin vəsaitin təyinatı üzrə xərclənmədiyi göz qabaöındadır və “Azəravtoyol” MMC-nin rəhbərliyi bu yarıtmaz işinə görə həm Sizin, həm də xalqımızın qarşısında məsuliyyət daşıyır. Sizin ürəkdən xalqınız üçün hər bir problemi həll edirsinizsə, onda bu şirkətin ixtiyarı var ki, Prezident Sərəncamına məsuliyyətsiz yanaşsın?. Bizi də narahat eədən odur ki, yolun müəllifi hörmətli Prezidentdirsə, qalan vəzifəli şəxslərin nə ixtiyarı vardır ki, bu vacib qərarın yerinə yetirilməsində dövlət intizamını pozur, öz bildiyini edirlər?

Qeyd edim ki, Sizin eyni tarixdə verdiyiniz Sərəncama əsasən qonşu Miki kənddə  də yeni yol çəkilmişdir. Lakin, həmi yol da bütöv dağıldığından əhali şikayət etmiş və hazırda həmin yola keçən il döşənmiş asfalt təmizlənib götürülür və yenidən döşənir.
Biz, bütün əhali olaraq Sizin qayğınızı görür, dəyərləndirir və aprelin 11-də Sizə elliklə açıq səs vermişik. Çünki, 70 il tərkibində olduğumuz sovet hökuməti, dünyanın super dövləti olsa da, kosmosu fəth etsə də, hətta Aya özüyeriyən kosmik aparat endirsə də, Astara rayonunun dağ kəndlərinə yol çəkməmişdi. Siz isə bu xeyirxah işi görməklə, minlərlə insanın qəlbində öz əbədi heykəlini qoymusunuz. Bizi də narahat eədən odur ki, yolun müəllifi hörmətli Prezidentdirsə, qalan vəzifəli şəxslərin nə ixtiyarı vardır ki, bu vacib qərarın yerinə yetirilməsində dövlət intizamını pozur, öz bildiyini edirlər. Ona görə də, yolumuzun çəkilməsində dövləti aldadan və dövlət vəsaitini təyinatı üzrə xərcləməyən şəxslər barədə ciddi tədbirin görülməsini və dağılmış asfalt yola yenidən asfaltın döşənməsinə və yarımçıq qalan körpülərin inşasının başa çatdırılmasına, yoxuşlarda dolanbacların salınmasında, yolboyu yağış və sel sularının axıdılması üşün kanalların çəkilməsinə və müdafiə sədlərinin qoyulmasında kömək etməyinizi və bu vacib Sərəncamın yerinə yetirilməsini şəxsən nəzarətə almağınızı Sizdən xahiş edirəm.
Bu müraciəti Sizə ərazimizin bütün əhalisinin xahişi ilə edirəm və ümidvaram ki, tezliklə bu barədə lazımi təşkilatlar qarşısında məsələ qoyacaqsını!
Sizə qabaqcadan təşəkkür edir və Sizə sağlam və uzun ömür diləyirəm.

HÖRMƏTLƏ: Ağayeva Vahimə Xeybər qızı

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır