Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3552
az

DİN-dən Gəncədə aksiya ilə bağlı sərt xəbərdarlıq - TƏXRİBAT

22:0210 İyul, 2018
1694
SİYASƏT
  • A
Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Onun həyat yoldaşı “Youtube”da video yayaraq Yunis Səfərovun İmam Hüseynin intiqamını aldığını və Elmar Vəliyevin gəncəliləri təhqir etdiyinə görə güllələdiyini bildirib.

Sosial şəbəkələrdə bir qrup şəxs insanlara çağırış edərək onları aksiyaya dəvət edirlər. Belə ki, onlar iyulun 10-da saat 20:00-da Gəncə İcra Hakimiyyətinin qarşısında aksiya edəcəklərini bildirirlər. Gəncəli gənclərin də bir çoxu öz şəxsi səhfələrində insanlara müraciət edərək bu cür radikal qrupların çağırışına məhəl qoymamağı və ölkədəki sabitliyin qorunub saxlanılmasının vacib olduğunu bildirirlər.

Məsələ ilə bağlı Gəncə İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da suallarımızı cavablandıran olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, istənilən qanunsuz keçirilən, vətəndaşlarımızın narahatçılığına səbəb olan və ictimai sabitliyin pozulmasına yönələn hər bir aksiyanın qarşı polis tərəfindən alınacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı
Sahibə Qafarova Sinqapurda səfərdədir
İran Azərbaycandan nə istəyir? – AÇIQLAMA

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ